PDF Oxu

Siyasət

  • 18

Elçin Mirzəbəyli: “CHP-də dəyərlərə önəm verilmir" AÇIQLAMA

Elçin Mirzəbəyli: “CHP-də dəyərlərə önəm verilmir" AÇIQLAMA

"Ümumiyyətlə Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasında (CHP) dəyərlər yoxdur və heç bir zamanda olmayıb". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, siyasi şərhçi Elçin Mirzəbəyli Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) erməni qadını İstanbuldan deputatlığa namizəd göstərməsinə münasibət bildirərkən deyib.Sədr müavininin sözlərinə görə, onlar bu qəbildən olan məsələlərə xüsusi diqqət yetirmirlər: "Adətən onlar hesab edirlər ki, seçkilərdə hətta az sayda olsa da, ermənilərin səsinə ehtiyacları var. Şübhəsiz ki, həmin şəxs parlamentə düşməyəcək. Çünki o, siyahıda çox geridə dayanır. Namizəd olan erməni qadın bu prosesdən istifadə edərək seçki kampaniyası çərçivəsində öz iddialarını, mülahizələrini, fikirlərini irəli sürəcək. Təbii ki, Türkiyə vətəndaşı olan istənilən şəxsin namizədliyinin irəli sürülməsi CHP-nin hüququdur. Baxmayaraq ki, bir çox hallarda Azərbaycanla bağlı müsbət mesajlar verməyə cəhd göstərirlər, amma bütövlükdə bu partiyanın siyasi platforması, xüsusilə də indiki şəraitdə heç bir halda milli maraqlarla üst-üstə düşmür və düşməyəcək də".

sia.az

Digər xəbərlər