PDF Oxu

Siyasət

  • 33

Musa Qasımlı: “AKP ilə rəqabətdə qalib gələ biləcək partiya yoxdur” AÇIQLAMA

Musa Qasımlı: “AKP ilə rəqabətdə qalib gələ biləcək partiya yoxdur” AÇIQLAMA

"Türkiyədə seçki öncəsi şəraitin təhlili belə bir ilkin nəticəyə gəlməyə imkan verir ki, AKP bu prosesin qalibi olacaq. Ondan sonrakı yerləri CHP və MHP bölüşdürəcək". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı Türkiyədə keçiriləcək parlament seçkilərində Əhməd Davudoğlunun AKP-yə uğur gətirəcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.Deputatın sözlərinə görə, əgər HDP məhdud çərçivədən çıxıb, bütün Türkiyəyə xitabən sülh, qardaşlıq və dostluq mesajları versə, müəyyən edilmiş barajı aşmaq üçün imkanlar qazana bilər: "Parlamentə tanınmış müstəqil namizədlərin də seçilməsini proqnozlaşdırmaq olar. Ancaq bir reallıq göz önündədir ki, bu gün Türkiyədə AKP ilə rəqabətdə qalib gələ biləcək partiya hələ ki, yoxdur. Seçkilərin nəticələri siyasi qüvvələr arasında nisbəti üzə çıxaracaq və Türkiyəni irəli aparacaq. Hansı partiya hakimiyyətə gəlirsə-gəlsin, qardaş ölkənin Azərbaycan siyasətinin dəyişəcəyi ilə bağlı əndişə duymağa dəyməz ".

sia.az

Digər xəbərlər