"Ümumiyyətlə Ermənistanda hərbi diktatura rejimi hökm sürür". BunuSİA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistanda müxalifətçilərin kütləvi şəkildə həbs olunmasına münasibət bildirərkən deyib.XİN sözçüsünün sözlərinə görə, hərbi diktatura rejimi tərəfindən Ermənistanda insan hüquqlarının kütləvi şəkildə pozulması istiqamətində siyasət həyata keçirilir: "Heç şübhəsiz ki, bu da Ermənistan rejiminin əsl mahiyyətini göstərə biləcək bir addımlardır. Bəlli bir haldır ki, rəsmi İrəvanda siyasi, iqtisadi, maliyyə və demoqrafik böhran vəziyyəti hökm sürür. Belə bir vəziyyətdə də Ermənistanın siyasi rəhbərliyi qoşunların təmas xəttində təxribatçı addımlarını daha da artırmaq yolu ilə ölkədaxili problemlərdən diqqəti yayındırmaq siyasəti yürüdür. Ermənistan rejiminin əsl mahiyyəti 2008-ci ilin mart hadisələrində də ortaya çıxdı. Həmin vaxtı ölkədə keçirilən nümayişçilər odlu silahlardan atəşə tutuldular, 20-dən artıq şəxs həlak oldu və 150-dən artıq şəxs isə yaralandı. Bunun müqabilində isə lazımi əməliyyat-istintaq tədbirləri aparılmamış və hadisələrdə günahkar olanlar cəzalandırılmayıblar".
sia.az