PDF Oxu

Siyasət

  • 11

Zahid Oruc: “Terror hadisələrinin güclənməsi ehtimalları böyükdür” MÜNASİBƏT

Zahid Oruc: “Terror hadisələrinin güclənməsi ehtimalları böyükdür” MÜNASİBƏT

"Türkiyənin Baş naziri Əhməd Davudoğlu kifayət qədər təcrübəli siyasətçi və dövlət xadimidir. O, uzun illər ərzində Rəcəb Tayyip Ərdoğanın "kölgə kabineti"nin başçısı olub". Bunu SİA-ya millət vəkili Zahid Oruc deyib.Deputatın sözlərinə görə, sonrakı dövrdə Əhməd Davudoğlu Türkiyənin xarici işlər naziri olub: "Hazırda isə o, Baş nazir olaraq Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın yürütdüyü siyasətin əsas konturlarını bilmək, rəsmi Ankaranın daxili gerçəklərinə adekvat mühüm siyasi planlar hazırlamaq və bu fonda qardaş ölkənin maraqlarını uğurla müdafiə etmək qabiliyyətinə malikdir. AKP son seçkiləri heç şübhəsiz ki, ilk növbədə Ərdoğanın siyasi kapitalı, onun xarizması və gücü hesabına əldə edib. Beləcə, monolit bir qüvvəyə çevriliblər. Əslində faktiki olaraq ölkənin prezidenti olan Ərdoğan bu gün də AKP ilə əlaqələrini qanunun yol verdiyi çərçivədə saxlamaqda davam edir. Onun iradəsi hakim partiyanın üzərində bərqərar olub".Z.Oruc əminlik bildirib ki, Ərdoğan Türkiyədə keçiriləcək parlament seçkisinə bu və ya digər formada təsir göstəmiş olacaq: "Əlbəttə, daxili fondda digər qüvvələr də öz imkanlarını müəyyən səviyyədə genişləndirə bilər. Eləcə də Türkiyə əleyhinə qüvvələr də fəal bir rol oynamağa çalışacaqlar. Xüsusilə də seçkilərdə terror hadisələrinin güclənməsi ehtimalları çox böyükdür. Bu mənada hesab edirəm ki, Ə.Davudoğlunun timsalında AKP-nin uğur qazanması gözləniləndir".

sia.az

Digər xəbərlər