PDF Oxu

Siyasət

  • 17

ARPA üzvlərinin 5-ci Ümumi Yığıncağı keçiriləcək

ARPA üzvlərinin 5-ci Ümumi Yığıncağı keçiriləcək

ARPA – Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası 17 aprel tarixində ARPA üzvlərinin 5-ci Ümumi Yığıncağını keçirməyi planlaşdırır. SİA-nın məlumatına görə, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının nizamnaməsinə əsasən, Ümumi Yığıncaq Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərin üçdə bir hissəsinin təşəbbüsü ilə ildə bir dəfə olaraq çağırılmalıdır. İdarəetmə sisteminə uyğun olaraq, ARPA artıq üzvlərinin 5-ci Ümumi Yığıncağı keçirməyə hazırlaşır.Bununla yanaşı ARPA 2014-cü il ilə bağlı illik hesabatını və cari il üçün nəzərdə tutduğu "Mühasiblər və Risk Peşəkarları" üçün yeni strategiyasını ictimaiyyətə təqdim edəcək.Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının daha bir önəmli məhsulu olan, "Mühasiblərin Peşəkar Milli Sertifikatlaşdırma Proqramı" adlı elmi – metodiki sertifikasiya proqramının və "Bank işi və Banklarda Risklərin İdarə Olunmasının Əsasları" kitabının təqdimatını keçirəcək.

sia.az

Digər xəbərlər