PDF Oxu

Siyasət

  • 23

Politoloq: “Dağlıq Qarabağ münaqişəsi müharibəyə doğru gedir”

Politoloq: “Dağlıq Qarabağ münaqişəsi müharibəyə doğru gedir”

"Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfəri zamanı verilən bəyanatlardan bir neçəsi daha çox diqqəti cəlb edir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfərini şərh edərkən deyib.M. Əhmədoğlu deyib: "Birinci bəyanat Rusiya prezidenti Vladimir Putinin yaxın günlərdə Ermənistana gələcəyi ilə bağlıdır. Bu o deməkdir ki, Putin aprelin 24-də Ermənistanda olmayacaq. O, təxminən aprelin 15-20-si aralığında İrəvanda olacaq və ora qondarma "erməni soyqırımı" ilə bağlı deyil, digər məsələləri müzakirə etmk üçün gələcək. İkinci, mühüm bəyanat Dağlıq Qarabağda yenidən müharibənin başlamaması ilə bağlı Rusiyanın mövqeyidir. Sergey Lavrov və Edvard Nalbandyanın hər ikisi ermənidir. Bu bəyanata onların özlərini aldatması kimi baxıram. Çünki, neçə illərdir müxtəlif tərəflərdən bu tipli bəyanatlar verilir. Buna baxmayaraq Dağlıq Qarabağ münaqişəsi müharibəyə doğru gedir. Yəni, hərbi insidentlərin sayı və silahların çapı da artıb".M. Əhmədoğlu deyib ki, üçüncü, hər tərəfi məmnun edən Sergey Lavrovun sülh variantıdır: "Bunun Rusiyanın arzusu olduğuna inanıram. Amma, görək Ermənistan Rusiyanın sözünü qəbul edəcəkmi? Bu bəyanatın mahiyyəti ondan ibarətdir ki, Rusiya 7 rayonu Azərbaycan qaytarır, əvəzində Azərbaycan Meğri dəmir yolunun açılmasına icazə verir. Beləliklə də Rusiya və Ermənistan arasındakı dəmiryolu əlaqəsi Azərbaycan vasitəsi ilə bərpa olunur. Amma, bunun əvəzinə Rusiya Ermənistana söz verir ki, Dağlıq Qarabağı statusu bir neçə on ilə müəyyən olunacaq. O vaxta qədər Dağlıq Qarabağda yaşayan ermənilər orada toxunulmaz yaşayacaqlar. Hesab edirəm ki, Lavrovun bu bəyanatı Azərbaycanı qane edir. Çünki, 7 rayon geri qayıdandan sonra tamam yeni vəziyyət yaranacaq".

sia.az

Digər xəbərlər