PDF Oxu

Siyasət

  • 20

QAT sədri ATƏT-in Minsk qrupunun “fəaliyyət”indən danışdı

QAT sədri ATƏT-in Minsk qrupunun “fəaliyyət”indən danışdı

Akif Nağı: "Azərbaycan həm işğalçı Ermənistana qarşı mübarizə aparır, həm də beynəlxalq təşkilatların ədalətsiz mövqeyinə qarşı mübarizə aparır"

"Erməni yalanlarına ATƏT-in Minsk qrupunun "təmkinli" mövqe tutması ənənəvi ikili standartlar və onların mövqeyini ortaya qoyur". Bunu SİA-ya Qarabağa Azadlıq Təşkilatının sədri Akif Nağı ATƏT-in Minsk qrupunun təkliflərinə Azərbaycanın razı olmaması ilə bağlı Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın bəyanatına həmsədrlərin səssiz qalmasının səbəblərindən danışarkən deyib. A. Nağı qeyd edib ki, Yenilmənmiş Madrid Prinsipləri ilə bağlı Azərbaycanın mövqeyi rəsmi şəkildə dəfələrlə bəyan olunub: "Hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dəfələrlə bəyan edib ki, "Böyük Sülh Sazişi" üzərinə işə keçmək lazımdır və bu istiqamətdə konkret işlər görülməlidir. Bu faktlar hamısı ortadadır. Amma, Ermənistan hər dəfə müxtəlif bəhanələrlə danışıqlar prosesini pozur. Bu da danılmaz bir faktdır. Ermənistan tərəfi həyasızcasına, yorulmadan aşkar yalan danışır, Azərbaycanı danışıqları pozmaqda ittiham edir. ATƏT-in Minsk qrupu isə bu yalanlara göz yumur. Çünki, ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin həlli ilə deyil, status-kvonun saxlanılması ilə məşğuldurlar. Bununla da Ermənistanın mövqeyini müdafiə edirlər. Ermənistanın mövqeyi isə vaxtı uzatmağa xidmət edir".QAT sədri deyib ki, ermənilər 2005-ci ildən bəri status-kvonun saxlanmasına çalışırlar: "Onlar sübut etməyə çalışırlar ki, guya "Dağlıq Qarabağ" rejimi 20 ildir var və guya öz mövcudluqlarını sübut edirlər. Bax Ermənistan bu xətti yürüdür. ATƏT-in Minsk qrupunun həmsədrləri də onların bu siyasətinə xidmət edir. Ermənilərin belə açıq yalanla çıxış etmələrinə reaksiya verməmələri Ermənistanın siyasətini dəstəklədiklərinə və Azərbaycanı mövcud reallıqlarla barışmağa vadar etməyə xidmət edən addım olduğunu deməyə əsas verir. Azərbaycanın mövqeyi isə bəllidir. Yəni, stasus-kvo dəyişməlidir. Buradan da görünür ki, Azərbaycan həm işğalçı Ermənistana qarşı mübarizə aparır, həm də beynəlxalq təşkilatların ədalətsiz mövqeyinə qarşı mübarizə aparır".

sia.az

Digər xəbərlər