"Hesab edirəm ki, Almaniyada müsəlmanlar əleyhinə keçirilən aksiyalar ayrı-ayrı qrupların qurduğu planın tərkib hissəsidir". Bunu SİA-ya millət vəkili Rövşən Rzayev deyib.Deputatın sözlərinə görə, erməni siyasətinin, lobbisinin dəstəyini insanlar müsəlmanlara qarşı bu cür hərəkətlər etməklə Azərbaycana qarşı öz mübarizə üsulunu həyata keçirməyə çalışırlar. Ona görə də müsəlmanlar əleyhinə keçirilən aksiyalar mütəmadi olaraq baş verir. Təbii ki, bunların da hamısı müəyyən eksperimist qrupların etdiyi hərəkətlərdir".R.Rzayev əlavə edib ki, heç şübhəsiz ki, bu cür halların arxasında erməni lobbisi və onların havadarları dayanır: "Hətta deyərdim ki, bu, ümumi ssenarinin bir istiqamətidir".
sia.az