"İranın atacağı bəzi addımlar Səudiyyə Ərəbistanı ilə vəziyyəti daha da gərginləşdirə bilər. Ümumiyyətlə bu iki ölkə çoxdan qarşıdurma vəziyyətindədirlər. Hazırki dövrdə isə hərbi qarşıdurmanın müəyyən elementləri yaranıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanın iştirak etdiyi koalisiya çox böyük gücə malikdir: "İnanmıram ki, İran öz ərazisindən çox uzaqda olan bir ərəb ölkəsində hərbi qarşıdurmaya girsin. İranın atacağı hər hansısa bir addım ABŞ-ın da koalisiyaya qoşulmasına səbəb ola bilər. Belə olacağı təqdirdə isə İran üçün çox acınacaqlı vəziyyət yarana bilər. İran hələ ki, Rusiyanın ona göstərdiyi dəstək ilə Yəməndəki üsyançı qüvvələrə hərbi yardım göstərir. Mənim zənnimcə İran fəal hərbi müdaxiləyə baş vurmayacaq. Çünki bu onun üçün xoş olmayan nəticələrə gətirib çıxara bilər. Sanksiya şəraitində yaşayan bir ölkənin müharibə aparmaq qüvvəti demək olar ki yox dərəcəsindədir".
sia.az