PDF Oxu

Siyasət

  • 33

Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan alternativsiz partiyadır

Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə böyük nüfuza sahib olan alternativsiz partiyadır

Bu fikirlər YAP İsmayıllı rayon təşkilatının idarə heyətinin, qadınlar şurasının və gənclər birliyinin keçirdiyi birgə tədbirində səsləndirilib.

Tədbiri giriş sözü ilə YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova açaraq qeyd edib ki, Ulu Öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası, xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, eyni zamanda, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib: "İqtidar partiyası olaraq, Yeni Azərbaycan Partiyası Heydər Əliyev siyasətinin avanqard qüvvəsi, azərbaycançılıq və vətənpərvər məfkurəsinin fəal təbliğatçısı kimi, xalqımız və dövlətimiz qarşısında qoyulan mühüm vəzifələrin həyata keçirilməsində layiqli töhfələr verib və bundan sonra da verəcək. Öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən, dünənin, bugünün və gələcəyin partiyası missiyasını şərəflə yerinə yetirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir. Azərbaycan Respublikasının Prezidenti, partiyamızın Sədri İlham Əliyevin vurğuladığı kimi, artıq Yeni Azərbaycan Partiyası Cənubi Qafqaz regionunun ən güclü siyasi qüvvəsidir. Yeni Azərbaycan Partiyası bütün situasiya və məqamlarda ardıcıl və məqsədyönlü şəkildə dövlətçilik, milli-mənəvi dəyərlərimizə sadiqlik mövqeyində dayanıb, xalqımızın arzularının təcəssümü, yekdil iradəsinin ifadəçisi kimi çıxış edib".

Rayon təşkilat sədri bildirib ki, bu gün müstəqil Azərbaycanda Heydər Əliyev missiyası şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirilir, nəticəsi misilsiz nailiyyətlər olan alternativsiz siyasi kursla müşayiət olunur. Ümummilli Liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bir çox sahələrdə uğurlar qazanıb: "Son 11 ilin statistikasına və siyasi xronikasına nəzər yetirmək kifayət edər ki, Azərbaycan Respublikasının uğurlu inkişaf mənzərəsi hər kəsin gözü önündə canlansın. Bu gün Azərbaycanın tərəqqisi dünyanın hər bir güşəsindən görünür. Bu həqiqətin əsasını Cənab Prezident İlham Əliyevin xalqın rifahı naminə həyata keçirdiyi uğurlu və ardıcıl siyasət təşkil edir".

Tədbirdə çıxış edən partiyanın rayon təşkilatı idarə heyətinin üzvü Məhərrəm Əhmədov, İsmayıl Tarverdiyev, Ədalət Göyüşov, qadınlar şurasının sədri Xuraman Qurbanova, rayon gənclər birliyinin sədri Əsli Süleymanzadə və başqaları qeyd ediblər ki, Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşib. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının sıraları getdikcə daha da artmaqdadır. Bu, dövlətimizin başçısına və Yeni Azərbaycan Partiyasına Azərbaycan cəmiyyətində olan dərin inamdan və ehtiramdan irəli gəlir. Bunun nəticəsidir ki, YAP monolit birliyi, sosial bazası və yüksək intellekti olan bir siyasi təşkilatdır. Bildirilib ki, beynəlxalq miqyasda nüfuzu artan, kəmiyyət və keyfiyyət baxımından daim inkişaf edən, öz sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirməkdədir.

ZÜMRÜD

Digər xəbərlər