"Təxminən bir ildir mətbuatda Vatikan arxivində erməni soyqırımını təsdiq edən sənədlər var informasiyası yayılır. Ona görə Roma Papasının qondarma "erməni soyqırımı"nın 100-cü ildönümü ilə bağlı xüsusi ayin keçirməsi və bu zaman XX əsrdə ilk soyqırım ermənilərə qarşı törədildi deməsi gözlənilməz deyildi". Bu fikirləri SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib.Onun sözlərinə görə, əslində nə Vatikan, nə Avropa dövlətləri, nə də ABŞ-da bu iddianı dəstəkləyən heç bir arxiv sənədi yoxdur: "Eyni zamanda Türkiyə arxivlərində də yoxdur. Papanın bu ifadəsi biz fərqində olmasaq da, xaçlı səfərlərinin davamıdır. Vatikan və qondarma "erməni soyqırımı"nı tanıyan, hətta kriminallaşdıran dövlətlər bu məsələ barəsində heç bir beynəlxalq məhkəmənin qərarı olmadan bunu siyasi təzyiq vasitəsi kimi istifadə edərək "soyqırımı" tanıyan qərarlar alırlar".H. Cabbarlı hesab edir ki, Vatikanın qondarma "erməni soyqırımı" ilə bağlı dediyi fikirlər ona bağlı digər kilsələr üçün ölçüdür: "Digər kilsələr də bunu zaman-zaman gündəmə gətirəcəklər. Eyni zamanda bu Vatikanın Erməni Apastol Kilsəsi ilə həmrəylik nümunəsidir. Bu ermənilər üçün ciddi psixoloji qələbədir. Bu amil erməniləri daha geniş sahədə təbliğat fəaliyyəti göstərmələrinə stimul olacaqdır. 24 aprelə qədər ermənilərin xeyrinə bizim bilmədiyimiz və gözləmədiyimiz sürprizlər olacaq. Çünki, Ermənistan və diaspor təşkilatları sosial həyatın bütün sahələrində bu barədə təbliğat aparır".
sia.az