PDF Oxu

Siyasət

  • 31

Politoloq: “Papanın çıxışı məsələni xeyli aktuallaşdıra bilər”

Politoloq: “Papanın çıxışı məsələni xeyli aktuallaşdıra bilər”

Mübariz Əhmədoğlu: "Dini mərasimdə daha təhlükəli məqam xristian-islam qarşıdurmasını unutmamağa çağırışın edilməsidir"

"Roma Papası I Fransisk qondarma "erməni soyqırımı" ilə bağlı gözlənilməz mövqe nümayiş etdirdi. Çünki, I Fransisk papa seçiləndən bəri baş verən hadisələrin heç biri dəlalət etmirdi ki, o qondarma "erməni soyqırımı"nı tanısın və ya islam-xristian qarşıdurmasını qızışdırsın". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu deyib.Politoloq deyib ki, əslində papa müxtəlif dinləri barışdırmağa çalışırdı: "Dövlətlərarası barışıqla məşğul olan papa birdən-birə qondarma "erməni soyqırımı"nı tanımaq barədə bəyanat verdi. Roma papasının keçirdiyi tədbirdə qondarma "erməni soyqırımı"nı tanıması ikinci dərəcəli məsələdir. Həmin dini mərasimdə daha təhlükəli məqam xristian-islam qarşıdurmasını unutmamağa çağırışın edilməsidir. Papanın Yaxın Şərqdə vəziyyətin gərgin olduğu bir şəraitdə belə çağırış etməsi dini normalara uyğun gəlmir".Politoloq deyib ki, Papanın bu məqamda çağırış etməsi çox təhlükəlidir: "Qondarma "erməni soyqırımı"nın yüz illiyinə cəmi 12 gün qalıb. Dünyada qondarma "erməni soyqırımı"na münasibətdə sakitlik hökm sürürdü. Hamı bu mövzunu arxa plana keçirmişdi. Ancaq, Papanın bu çıxışı məsələni xeyli aktuallaşdıra bilər".M. Əhmədoğlu hesab edir ki, yaxın vaxtlarda Roma Papası verdiyi bəyanata münasibət bildirəcək.

sia.az

Digər xəbərlər