Yaxud erməni köpəyi ilə bir yaldan su içmək məhz budur!
AXCP-nin mətbuat xidmətinin rəhbəri Natiq Ədilovun Fransaya qaçmasının nəyə görə bu qədər "maraq dairəsində" olduğunu deyə bilmərik, ancaq bir onu deyə bilərik ki, Natiq Ədilovun Fransa qaçışı heç də gündəlik informasiyalar paylaşan sayt və qəzetlərin marağında deyil. "Maraq dairəsi" yalnız AXCP-yə yaxınlığı ilə seçilən media orqanları tərəfindən reklam olunur. Əgər belə olmasaydı, AXCP sədrinin birbaşa nəzarəti altında çap olunan "Azadlıq" qəzeti, eləcə də yalnız Əli Kərimliyə işləyən "Azadlıq" radiosunun Bakı bürosu oturub-durub Natiq Ədilovun reklamını aparmaqla məşğul olmazdı. Məsələn, Natiq Ədilov bu günlərdə "Azadlıq" radiosuna müsahibə verib və onun həmin müsahibəsi "Azadlıq" qəzetində dərc edilib. Əslində, bu başa düşülən bir məsələdir. Yəni başadüşülən məsələ budur ki, Əli Kərimli, yaxud da onun dilaltısı olan Natiqi başqa heç bir mətbu orqan təbliğ etməz. Çünki onların siyasi arenada hansı "səviyyəyə" malik olmaları bir çoxlarına kifayət qədər bəllidir. Məhz bu baxımdan, canının qorxusundan AXCP-nin Fransaya qaçmış mətbuat xidmətinin rəhbərinin Parisdə oturaraq həmin qaçışına "haqq qazandırması" və özünü "təmizə çıxmaq" cəhdləri təbii, real, gerçək təsir bağışlamır. Guya "heç nədən və heç kimdən qorxmuram" tipli müsahibələri, açıqlamaları ilə bu fərd nəyisə sübuta yetirməyə çalışır. Ancaq bu, onda alınırmı? Nəticəsi varmı bu cür hoqqabazlıqların? Əlbəttə ki, yox...
Gəlin həmin bu Natiqin sözügedən müsahibəsində irəli sürdüyü fikirlərinə nəzər salaq və onun nə demək istədiyini öyrənək. Məsələn, hələ Fransaya çatar-çatmaz o, AXCP mətbuatına açıqlamasında demişdi ki, iki yol var idi, ya getmək, ya da həbs olunmaq. Müxbir bu kontekstdə qabaqcadan hazırlanmış, bilavasitə Əli Kərimli tərəfindən təsdiq edilmilş və Natiq Ədilov tərəfindən necə cavab verəcəyi bəlli olacaq sual verir:
- Niyə düşünürsünüz ki, getməsəydiniz, həbs olunacaqdınız?"
Cavab:
- Bəli, belə bir fikri yazmışam və o qüvvədə qalır. Amma bir əlavə də etmək lazımdır ki, Azərbaycanda mənim daha iki variantım var idi - ictimai-siyasi həyatdan çəkilmək, lal-kar olub adi paytaxt sakini kimi yaşamaq, yaxud "silahı atıb" o biri tərəfə keçib nemətlər gölündə üzmək. Bunların heç birini özümə məqbul görmədim. (??!!-R.R.)
İndi isə həmin cavabı təhlil edək və öz suallarımızı verək. Məgər "ictimai-siyasi" həyat anlayışı Azərbaycanın milli dövlətçilik maraqlarına qarşı çıxan qüvvələrə işləmək, bir neçə il iqtidara qarşı "mübarizə" apararaq, Qərb ölkələrinə qaçmaq üçün "arqument" əldə etmək, erməni köpəyi ilə bir yaldan su içməkmi deməkdirmi?
Daha bir amil isə Əli Kərimlinin "sağ əli deyil", əslində sağ qasığı funksiyasını həyata keçirən Natiq Ədilovun paytaxt sakinləri ilə bağlı irəli sürdüyü fikirləridir. Bu zaman daha bir sual. AXCP sədri iddia edir ki, onun ölkədə 100 minlərlə tərəfdarı var. Natiq Ədilov isə ölkə sakinlərindən deyil, paytaxt sakinlərindən dəm vurur. Demək, Əli Kərimlinin iddiası SIFIRDIR. O cümlədən, blidiyimiz qədər, AXCP-nin şöbələrindən biri olan "Milli Şura"nın "Məhsul" stadionundakı mitinq iştirakçılarının sayı uzağı 500-600 nəfər olur. Yəni bundan artıq adam toplamaq Əli Kərimlinin gücündə deyil. Onların mitinqinə qatılmayan paytaxat sakinləri isə nə AXCP-ni, nə də "Milli Şura"nı real siyasi güc hesab etmədiyinə görə, onların ucuz vədlərinə inanmır, etiraz aksiyalarına qatılmırlar. Bu da belə qənatə gəlməyə əsas verir ki, ictmai rəy ölkədə mövcud olan siyasi, sosial, iqtisadi vəziyyətdən narazı deyillər. Müvəqqəti çətinlik isə təbii bir haldır. Ölkə ictimaiyyəti, xalq hər zaman olduğu kimi, bu dəfə də öz dövlətinə, iqtidara arxalanır, yürüdülən siyasətə dəstək verir. BU, FAKTDIR!
Qaldı ki, Natiq Ədilovun "silahı atıb" o biri tərəfə keçib nemətlər gölündə üzmək və bunların heç birini özünə məqbul görməməsi iddialarına, bax, burada da kifayət qədər pafos, izafi polulizm, özündən "qəhrəman" düzəltmək marağı dayanıb. Bu gün Əli Kərimliyə qarşı onun xəyanətlərinə, ləyaqətsizliyinə, mənəviyyatsızlığına üz çevirən heç bir müxalifətçi Natiqin iddia etdiyi kimi nemətlər gölündə üzüb-filan eləmir. Elə də uzağa getməyib, ötən ilin sonlarında, bu il AXCP-dən istafa verərək, Əli Kərimlini ifşa edən cəbhəçiləri misal göstərək. Onlar da digər vətəndaşlarımız kimi, sadə həyatlarını sürməkdə davam edirlər. Yox, əgər Natiq Ədilov bunun əksini düşünrsə, buyursun bir fakt, sübut, dəlil ortaya qoysun. Qoya bilməz axı. Ona sadəcə və sadəcə özündən "qəhrəman" düzəltmək lazımdır. Bir adama deyərlər ki, yaxşı, sən pis yaşayırdınsa, sosial-məişət həyatın səni uzun illər radikal müxalifətçi olmağa vadar edibsə, hansı pullarla "Azərbaycan saatı" adlı erməni dəyirmanına su tökən verlişi hazırlayırsan, hansı pullarla hələ ölkədən qaçmamış ABŞ-a səfərlər edərək, orada kef çəkmisən, hansı pullar hesabına bahalı həyat şəraiti ilə Qərbi Avropada birinci yerdə olan Fransaya qaçıb, orada siyasi sığınacaq almısan, hansı maddi vəsaitlər hesabına orada yatırsan, kimlər, hansı dairələr səni orada kökəldir, şişirdir və ...?! BU SUALLARIN CAVABI VARMI, NATİQ ƏDİLOV???
Hələ bu harasıdır ki?! Əli Kərimlinin digər ipli kuklası Cəmil Həsənli kimi guya özünə qarşı sui-qəsd planı olduğunu da həyasızcasına iddia edib, "mənə qarşı ciddi bir plan vardı. Özü də bu, tək həbs deyildi" deyərək, erməni lobbisinin dəstəyi sayəsində Fransaya qaçan Natiq Ədilov bununla daha nə demək istəyib? Bunun da cavabı var - daha çox pul əldə etmək. Axı Fransa bayaq da dediyimiz kimi, bahalı ölkədir...
Rövşən RƏSULOV
P.S. Hə, onu da xatırlatmaq yerinə düşərdi ki, Fransa "erməni soyqırımını" inkara görə insanların üzərinə cinayət məsuliyyəti qoyan, bu yalançı iddianı tanıyan ilk Avropa ölkəsidir. Əgər Natiq Ədilov özünü azərbaycanlı hesab edirsə, getsin ya Yelisey sarayının özünə, ya da Fransa parlamentinin binası qarşısına və erməni soyqırımını inkar etsin. Edə bilərmi???!!!