PDF Oxu

Siyasət

  • 26

Ramiz Alıyev: “Hadisə haqqında nağıl danışmağa səni nə vadar edir?” AÇIQLAMA

Ramiz Alıyev: “Hadisə haqqında nağıl danışmağa səni nə vadar edir?” AÇIQLAMA

"Roma Papasının yuxusuna erməni "gözəlçə" Kardaşyan girib, yoxsa o boyda adam belə bir səhvə yol verməzdi. Bütün tarixdə erməni "gözəlləri" bu vandal xalqa arxa-dayaq tapa bilir də". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.Politoloqun sözlərinə görə, Roma papası çox gözəl bilir ki, onun öz sələfləri də daxil olmaqla bütün din xadimləri hər zaman bəyan etmişlər ki,"DİN siyasətə qarışa bilməz və DİN sülh elçisidir". Ancaq bu müasir Roma papası deyəsən çox müasirləşərək nəyinki siyasətlə dini qarışdırır, hətta tarixçi rolunu da oynayaraq tarixi hadisələrə qiymət verməyə başlayıb: "Əvvəla adama deyərlər sənin xəbərin olmayan və məlumatsız olduğun yalnız ermənilerin uydurduğu və özlərindən başqa heç kimin tanımadığı bir hadisə haqqında nağıl danışmağa səni nə vadar edir və buna sənin nə haqqın çatır. Sən guya sülh elçisisən. Sülh elçisi də siyasi səhvlər edib yeni müharibələrə şərait yaradar?! Türkiyə dövləti hər zaman bəyan etmişdir ki, beynəlxalq təşkilatların nümayandələrinin iştirakı ilə Türk və erməni tarixçilərden ibarət komissiya yaradılsın və həmin tarixdə baş verən hadisə araşdırılsın, ancaq erməni tərəfi hər zaman bu təklifdən yayınır. Ona görə ki, onların tarixi deyil yalanları, iddeaları, özlərinə dəstək yığmaq üçün Kardaşyan kimi "gözəlləri" vardır! Roma papası həqiqətən də "soyqırımın" nə olduğun bilmək istəyirsə bir əsir keçmişə getməyə ehtiyac yoxdur. 1992-ci il 26 Fevralda tarixi Azerbaycan torpağı olan Xocalı şəhərində erməni terroristləri tərəfindən Azərbaycanlılara qarşı törədilən esil "soyqırımı" hadisəsinə diqqət yetirsə şahidi olar ki, onun dəstək olduğu xalq necə vandalizmlə məşğul olan bir terrorist xalqdır!".

sia.az

Digər xəbərlər