Azərbaycan Respublikası Prezidneti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan İntellektual Oyunlar Klubunun təşkilati dəsəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələr arası "Herodot Kuboku" İntellektual Yarışının birinci mərhələsini həyata keçirib."Herodot Kuboku" İntellektual Yarışının keçirilməsində məqsəd gənclərin tarixə, onun öyrənilməsinə olan marağını artırmaqdır. "Herodot Kuboku" İntellektual Yarışında altı nəfərdən ibarət komandalar tarixin müxtəlif sahələrinə aid intellektual sualları cavablandırıblar.Qeyd edək ki, "Herodot Kuboku" İntellektual Yarışının birinci mərhələsində¬¬¬¬¬12 təhsil müəssisəsindən 120 komanda iştirak edib. İştirak etmiş komandalardan 25-i finalda iştirak etmək hüququ əldə edəcək.Nəzərinizə çatdırırq ki, "Herodot Kuboku" İntellektual Yarışının final mərhələsi 24 aprel tarixində Park İnn oteldə baş tutacaq.
sia.az