PDF Oxu

Siyasət

  • 25

Ənənəvi illik konfrans keçirilib

Ənənəvi illik konfrans keçirilib

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Ümummili lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı öz işinə başlayıb. SİA-nın məlumatına görə, iki gün davam edəcək konfransın plenar iclasını ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov açaraq tələbələrin elmi potensialı, onların elm sahəsində fəallığı barədə danışıb.ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov isə konfransın gedişatı və strukturu barədə tədbir iştirakçılarına məlumat verib.Daha sonra ADU-nun tələbələri "Xarici dilin tədrisinə rəqəmsal sinfin əhəmiyyəti", "Təqdimatın qiymətləndirilməsi meyarları", "Azərbaycanın xarici siyasətində gənclərin rolu", "Pedoqoji proses və şəxsi əmək-şəxsiyyəti formalaşdıran amillər kimi" mövzularda məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, iki gün ərzində davam edəcək konfransda müxtəlif mövzular üzrə 24 bölmədə iclaslar keçiriləcək, 800-dən çox məruzə dinləniləcək. Konfransın yekununda isə bölmə rəhbərlərinin hesabatları dinləniləcək, fərqlənən tələbələr mükafatlandırılacaq.

Onu da nəzərinizə çatdıraq ki, ADU-nun Tələbə Elmi Cəmiyyəti 1960-cı illərdə yaransa da, sonralar fəaliyyətinə xitam verilib. 1998-ci ilin dekabrında isə öz fəaliyyətini yenidən bərpa edib və hər il elmi konfranslar keçirir.

sia.az

Digər xəbərlər