PDF Oxu

Siyasət

  • 19

Hikmət Babaoğlu: “Hərbi əməliyyatlardan sonra hər şey aydın oldu” MÜNASİBƏT

Hikmət Babaoğlu: “Hərbi əməliyyatlardan sonra hər şey aydın oldu” MÜNASİBƏT

"Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviçin açıqlamaları əslində erməni ordusunun hərbi psixoloji vəziyyətinin göstəricidir". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu erməni diversantın məhkəmədə öz erməni əsgərlərinə, Dağlıq Qarabağda yaşayan ermənilərə səslənməsinə, onları silahları yerə qoymağa çağırış etməsinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, orada məğlubiyyət əhval-ruhiyyəsi hökm sürür: "Həmçinin bu, Azərbaycan ordusunun gücü, müasir texnikaları, silahları qarşısında onun acizliyinin nümayişidir. Çünki hər bir Ermənistan vətəndaşı, o cümlədən əsgəri qarşılarında nə qədər güclü, qüvvətli bir ordunun dayandığını son hərbi əməliyyatlardan sonra bir daha aydın gördü. Ona görə də hər bir erməninin bildiyi, dilə gətirmədiyi gerçəklik ondan ibarətdir ki, Azərbaycan ordusu güclüdür. Onlar artıq başa düşürlər ki, bu güc qarşısında Azərbaycanın 20 faiz torpaqlarını işğal altında saxlamaq olmaz. Hesab edirəm ki, sözügedən amillər erməni əsgərlərinin hərbi-psixoloji vəziyyətinin göstəricisi olmaqla əslində ölkəmizin gücünün etirafıdır. Təbii ki, bu da Azərbaycan torpaqlarının yaxın zamanlarda azad olunmasına gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər