PDF Oxu

Siyasət

  • 19

Siyavuş Novruzov: “Xarici dairələrin sifarişini həyata keçirirlər”

Siyavuş Novruzov: “Xarici dairələrin sifarişini həyata keçirirlər”

"I Avropa Olimpiya Oyunları yaxınlaşdıqca müxtəlif dairələr bəhanələrlə, böhtanlarla Azərbaycana qarşı şantaj kampaniyası həyata keçirirlər".SİA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.Onun sözlərinə görə, belə dairələr yalandan bir korrupsiya komissiyası yaradaraq bəyanat yayırlar: "Azərbaycanda korrupsiyaya qarşı hər zaman mübarizə olub. Azərbaycan az-az ölkələrdən biridir ki, prezident yanında korrupsiya komissiyası fəaliyyət göstərir. Bu komissiyanın tərkibində müxtəlif dövlət qurumlarının nümayəndələri, mətbuat nümayəndələri və. s təmsil olunur. Həmçinin Baş Prokurorluq yanında Korrupsiya İdarəsi fəaliyyət göstərir. Korrupsiya dünyanın hər yerində mövcuddur və buna qarşı mübarizə gedir. Təəssüflər olsun ki, bəzi dairələr ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin yaxınlaşması ilə əlaqədar Azərbaycanın adını hallandırmağa daha çox üstünlük verirlər.S. Novruzov deyib ki, ölkəmizdə Azərbaycan xalqının, dövlətçiliyin əleyhinə işləyən bəzi siyasi partiyalar, qeyri hökumət təşkilatları belə xarici dairələrin sifarişini həyata keçirirlər: "Belə qüvvələr ölkəmizdə xalqı kütləvi aksiyalara çağırır, ayrı-ayrı müraciətlər qəbul edir, həmçinin beynəlxalq tədbirdə iştirak etməməyə çağırırlar. Bunlar onun göstəricisidir ki, onların hamısı eyni mərkəzdən idarə olunurlar". S. Novruzovun çıxışına münasibət bildirən spiker Oqtay Əsədov deyib ki, onların fəaliyyətinə onsuzda qiymət verilib: "Pis onsuzda pisdir. Onlar özləri özlərinə qiymət verirlər. Ermənilər bu yarışda iştirak etdiyi halda, buna qarşı çıxırlar. Belə çıxır ki, bunlar ermənilərdən də, pisdir. Pisin nəyinə qiymət verək?"

sia.az

Digər xəbərlər