Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında Binəqədi rayon Ağsaqqallar Şurasının İdarə heyəti ilə YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin nümayəndələrinin görüşü keçirilib. Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin təşəbbüsü ilə keçirilən görüşdə həmçinin təhsil və digər sahələrdə fəallığı ilə seçilən Binəqədi rayon gəncləri də iştirak edib.
Tədbiri açıq elan edən Binəqədi rayon Ağsaqqallar Şurasının yeni seçilmiş sədri Akif Rəfiyev gənclərə bu təşəbbüsdən, məhz ilk görüşlərini ağsaqqallarla keçirmək və onların tövsiyələrini dinləmək istəmələrindən təşəkkür edib və bu formatda keçirilən görüşlərin önəmini xüsusi vurğulayıb. Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təlimatçısı Rahil Şükürov Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı adından gənclərin təşəbbüsünə göstərdiyi dəstəyə görə rayon Ağsaqqallar Şurasına minnətdarlığını bildirib və bu formatda görüşlərin keçirilməsinin gələcəkdə də böyük fayda verə biləcəyini qeyd edib.
Öz növbəsində, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri Mahmud Məmmədzadə gənclər adından rayon ağsaqqallarına təşəkkürünü bildirib və hər zaman ağsaqqalların məsləhətlərinə, tövsiyələrinə gənclərin böyük ehtiyacının olduğunu vurğulayıb. O, keçirilən ilk görüşün məhz rayon Ağsaqqallar Şurası ilə baş tutmasının əsas önəminin məhz gələcək əsas fəaliyyət istiqamətlərindən birinin də bu görüşdə gənclərə göstəriləcək istiqamətlərin olacağını vurğulayıb.
Daha sonra görüş qarşılıqlı müzakirələr şəklində davam edərək, cəmiyyətimizdə aktual olan problemlərə xüsusi toxunulub və bu problemlərin həllində ağsaqqalların eləcə də gənclərin üzərinə düşən vəzifələr barədə diskussiyalar aparılıb. Görüşün sonunda gələcəkdə bu tipli görüşlərin daha intensiv keçirilməsi qərara alınıb.
ZÜMRÜD