PDF Oxu

Siyasət

  • 17

Aydın Quliyev: “Fürsət düşən kimi əsl sifətlərini göstərirlər” AÇIQLAMA

Aydın Quliyev: “Fürsət düşən kimi əsl sifətlərini göstərirlər” AÇIQLAMA

"Türkiyənin baş naziri Əhməd Davudoğlunun müşaviri Etyen Mahçupyanın Roma Papasının dediklərinə haqq qazandırması Türkiyənin qanadına, hümanist siyasətinin altına sığınmış ermənilərin fürsət düşən kimi özlərinin əsl xislətini nümayiş etdirmələrinə parlaq bir nümunədir". Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Türkiyə baş nazirinin müşavirinin "1915-ci ildə baş verənlərə soyqırımı deməmək imkansızdır" fikrinə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, onlar nə qədər maskalansalar da bu hadisə göstərir ki, fürsət düşən kimi onlar öz əsl sifətlərini göstərirlər: "Məncə Türkiyə hakimiyyəti bundan çox ciddi nəticə çıxarmalıdır. Biz Azərbaycanda Roma Papasının uydurma erməni soyqırımı ilə bağlı səsləndirdiyi bəyanatdan dəhşətə gəlmişik. Azərbaycanın bütün ictimai-siyasi xadimləri, mediası bununla bağlı öz mövqeyini ortaya qoyur amma Türkiyə hakimiyyətində vəzifə almış bir erməni bütün rəsmi Ankaranın gözü qarşısında Roma Papası ilə həmrəylik nümayiş etdirir. Düşünürəm ki, həmin şəxsi qardaş ölkənin hakimiyyətindən qovmaq lazımdır. Ümumiyyətlə Türkiyə bu məsələdə, saxta erməni soyqırımının dəstəklənməsində kimliyindən asılı olmayaraq hətta öz vətəndaşlarına qarşı da prinsipial mövqe nümayiş etdirir".Qeyd edək ki, Türkiyənin "Vatan" qəzetinə istinadən Roma Papasının bəyanatını şərh edən E. Mahçupyan Vatikanın 100 illik psixoloji ağırlığı üzərindən atdığını bildirib: "Niyə 100 il sonra bu kəlmədən istifadə etdiyini söyləməkdənsə, tərsdən baxıb niyə bu qədər müddət susduqlarını demək lazımdır. Vatikan bunu çoxdan söyləyə bilərdi, lakin söyləmədi".

sia.az

Digər xəbərlər