PDF Oxu

Siyasət

  • 19

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. SİA-nın məlumatına görə, konfrans Azərbaycan Respublikasının himninin səsləndirilməsi ilə öz işinə başlayıb.YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri Rəşad Fərəcov birliyin təşəbbüsü ilə ötən illərdə görülən işlər, həyata keçirilən tədbirlər haqqında məlumat verərək, birliyin üzvlərinin sayının 15 min 710 nəfər təşkil etdiyini qeyd edib. Daha sonra YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin fəal üzvləri Günay Qarayeva və Səməd Rzazadə çıxış edərək hesabatı müsbət qiymətləndiriblər.Tədbirdə çıxış edən YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov Səbail rayon gənclərinə fəaliyyətlərində uğurlar arzulayaraq Azərbaycanın dövlətçiliyinin qorunmasında gənclərin roluna ehtiyac olduğunu qeyd edib. O, həmçinin rayon gənclərinə aparılan işlərdə daha aktiv, daha fəal olmağa çağıraraq öz tövsiyələrini gənclərlə bölüşüb.YAP Siyasi Şurasının üzvü, Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov rəhbərlik etdiyi rayonun həyatında gənclərin fəal iştirak etdiyini diqqətə çatdıraraq qeyd edib ki, rayon rəhbərliyi gənclərin bütün təşəbbüslərinə dəstək verir və bundan sonra da dəstək verəcək.YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev çıxışı zamanı gənclərə gələcək fəaliyyətində uğurlar arzulayıb. Hazırda dünyada mürəkkəb proseslərin baş verdiyini deyən Ş.Hacıyev gənclərə təşəbbüskar olmağı tövsiyə edib. O bildirib ki, Prezident İlham Əliyev Azərbaycan gəncliyinin inkişafı üçün bütün imkanları yaradıb. Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin Şura, İdarə Heyəti müəyyənləşib. Belə ki, 27 nəfərdən ibarət Şura, 17 nəfərdən ibarət İdarə Heyəti seçilib. Həmçinin YAP Gənclər Birliyinin respublika konfransına 20 nəfərdən ibarət nümayəndələr də müəyyən edilib. Rəşad Fərəcov yenidən YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib.Qeyd edək ki, tədbirdə Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, YAP Səbail rayon təşkilatının sədri millət vəkili Şəmsəddin Hacıyev, YAP Gənclər Birliyinin sədri Seymur Orucov, YAP mərkəzi aparatının məsul işçisi, Partiyanin Siyasi şurasının üzvü Misirxan Vəliyev və fəal gənclər iştirak ediblər.

sia.az

Digər xəbərlər