PDF Oxu

Siyasət

  • 23

Suraxanı rayonunda əhalinin tibbi müayinəsi davam edir

Suraxanı rayonunda əhalinin tibbi müayinəsi davam edir

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin başlıca istiqamətlərini təşkil edir. Ölkə başçısının tapşırığına uyğun olaraq əhalinin hərtərəfli tibbi müayinədən keçməsi Suraxanı rayonunda da uğurla davam edir.

Rayon ərazisində yerləşən müəssisə və idarələrin tibbi müayinədən keçmə qrafiki tərtib olunub. Qrafik əsasında rayon ərazisində fəaliyyət göstərən 4 xəstəxanada, 4 poliklinikada və 1 ambulatoriyada əhalinin pulsuz tibbi müayinəsi təşkil olunub. Tibbi müayinə 212300 nəfər rayon əhalisini və 21858 nəfər rayonda məskunlaşmış məcburi köçkünləri əhatə edir.

Rayon icra hakimiyyətindən verilən məlumata görə, 15 aprel tarixinədək Suraxanı rayonunda 127 mindən çox vətəndaş və 99-dan çox kollektiv tibbi müayinədən keçib. Rayon üzrə 6790 nəfər rentgen, 27172 nəfər laboratoriya, 6937 nəfər USM və 3976 nəfər EKQ müayinəsindən keçib. 5808 nəfər vətəndaşda müxtəlif xəstəliklər aşkarlanıb və 787 nəfər dispanser nəzarətinə alınıb, 503 nəfər müalicə kursu keçib, 309 nəfər isə xəstəxanalara yerləşdirilib.

Ölkəmizdə gedən abadlıq-quruculuq işlərinin tərkib hissəsi olaraq əsaslı təmirdən çıxmış 13 nömrəli Birləşmiş Şəhər Xəstəxananın poliklinika şöbəsində səhər tezdən olmasına baxmayaraq, rayonun idarə və müəssisələrində, təhsil ocaqlarında çalışanlar, təqaüdçülər axın-axın poliklinikaya gəlirdilər. Rayon sakinlərinin mütəşəkkil surətdə tibbi müayinələrə cəlb olunmaları işin yüksək səviyyədə təşkilindən xəbər verirdi.

13 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Zümrüd Abdullayeva məlumat verdi ki, xəstəxana 2014-cü ildə əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunub: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırığını yerinə yetirmək üçün xəstəxana tam hazır vəziyyətə gətirilib. Əhalinin sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas hədəflərindəndir. Əhalinin tibbi müayinəsi tərtib edilmiş qrafikə əsasən aparılır. 15 aprel tarixinədək 17850 nəfər vətəndaş tibbi müayinədən keçib. Müayinədən keçən vətəndaşların 205 nəfərində müxtəlif xəstəliklər aşkar olunub, 113 nəfəri stasionar müalicəyə götürülüb və 52 nəfər hospitalizasiya olunub. Eyni zamanda, müəssisəmizdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Aşkara çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir".

Əmircan qəsəbə sakini, qəsəbə ağsaqqallar şurasının sədri Tofiq Nəsirov 15 nömrəli BŞX-nin tibbi heyətindən, burada yaradılan şəraitdən razılığını bildirdi və vətədaşların qayğısına diqqətlə yanaşdığına görə dövlət başçısının bu təşəbbüsünün tədqirəlayiq olduğunu xüsusi vurğuladı. 2 fevraldan başlayan bu aksiya bir daha sübut etdi ki, Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşının qayğısına qalır.

Əmircan qəsəbə sakini Səkinə İsmayılzadə isə bildirdi ki, bütün tibbi müayinələrdən keçib. Həkimlər və tibb bacıları onu mehribanlıqla qarşılayıblar. Belə bir şəraiti yaratdığına görə Prezidentimizə minnətdarlığını bildirdi.

ZÜMRÜD

Digər xəbərlər