PDF Oxu

Siyasət

  • 27

Səbail rayonunda "Ağ ölümə" yox deyək!" mövzusunda tədbir keçirilib

Səbail rayonunda "Ağ ölümə" yox deyək!" mövzusunda tədbir keçirilib

Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədilə nəzərdə tutulmuş işlər çərçivəsində Bakı şəhər Baş Polis İdarəsi, Səbail rayon icra hakimiyyəti və rayon polis idarəsinin birgə təşkilalatçılığı ilə Səbail rayonundakı 6 saylı orta məktəb-liseydə "Ağ ölümə" yox deyək!" mövzusunda tədbir keçirilib.

Tədbirdə Səbail rayon icra hakimiyyəti və rayon polis idarəsinin rəhbərliyi ilə yanaşı, Bakı şəhər Baş Polis İdarəsi və Səbail rayon polis idarəsinin yetkinlik yaşına çatmayanlarla işin təşkili bölmələrinin, məktəbin pedaqoji kollektivinin nümayəndələri və şagirdlər də iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Səbail rayon icra hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə rayon Komissiyasının sədri Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışıb.

Səbail rayon polis idarəsinin rəisi, polis polkovniki İlqar Mahmudov müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə danışaraq bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır.

Yeniyetmələr qarşısında çıxış edən Səbail rayon polis idarəsi Yetkinlik yaşına çatmayanlarla işin təşkili bölməsinin inspektoru, polis mayoru Gülzar Əliyeva, Bakı şəhər Baş Polis İdarəsinin inspektorları polis mayoru Məryəm Ömərova və Kəmalə Ələkbərova, AMEA-nın şöbə müdiri, tarix elmləri doktoru Qasım Hacıyev, Polis Akademiyasının müəllimi, polis polkovnik-leytenantı Vüqar Mansurov və başqaları çıxış edərək bildiriblər ki, yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan "ağ ölümə" qarşı həyata keçirilən genişmiqyaslı tədbirlərdə əsas məqsəd gənclərin bu bəladan uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin təbliği, narkomaniyanın fəsadlarının nə qədər təhlükəli olduğunu izah etməkdir.

Çıxışçılar rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər və narkomaniya ilə bağlı respublikamızda və rayondakı vəziyyət barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmış, yeniyetmələri ayıq, zərərli vərdişlərə aludə olmamaq üçün diqqətli olmağa çağırmışlar. Konkret faktlarla narkotika qurbanlarının əvvəlki və sonrakı həyatı barədə, narkomanların törətdikləri müxtəlif cinayətlər, narkomanlığa qurşanmış gənclərin ailələrində yaranan problemlər və onların dağılmalarından şagirdlərə danışmışlar.

Tədbirin sonunda narkomaniyanın fəsadları ilə bağlı slaydlar nümayiş olunmuş, şagirdlərə bukletlər paylanmış və onları maraqlandıran çoxsaylı suallar cavablandırmışdır.

Rəfiqə HÜSEYNOVA

Digər xəbərlər