"Hesab edirəm ki, Rusiyadakı Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini, tanınmış siyasi-hərbi ekspert Aleksandr Xramçixin Dağlıq Qarabağda münaqişənin aktiv fazaya keçməsi və rəsmi Moskvanın bu işə qarışmayacağı ilə bağlı söylədiyi fikirlər absurddur ". Bunu SİA-ya Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa deyib.Deputatın sözlərinə görə, hazırki məqamda Dağlıq Qarabağ münaqişəsinin aktiv fazaya keçməsi inandırıcı görünmür: "Çünki Rusiyanın başı bu dəqiqə Ukrayna probleminin həllinə qarışıb. İkinci cəbhənin açılması hər halda müəyyən problemlər yarada bilər. Ona görə də hərbi ekspertin söylədiklərini ciddi açıqlama kimi qəbul etmirəm. Əvvəla Rusiya bütün hallarda qarışmaq niyyətindədir. Səslənən bu fikirlər sadəcə olaraq xüsusi xidmət orqanlarının yanaşmalarıdır ki, Azərbaycanda hansısa bir panika yaradılsın. Təbii ki, bunu şərh etmək bizim üçün də çətindir. Biz onların qərarlarını tam olaraq bilmirik".
sia.az