PDF Oxu

Siyasət

  • 38

Politoloq: “Qondarma “erməni soyqırımı” ilə bağlı mövqelər bir mərkəzdən idarə olunur”

Politoloq: “Qondarma “erməni soyqırımı” ilə bağlı mövqelər bir mərkəzdən idarə olunur”

Elman Nəsirov: "Bu hal regionda vəziyyəti gərginləşdirəcək və sistemli böhran yaşayan Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq"

"Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi beynəlxalq hüququn işləmədiyinin növbəti təsdiqidir". Bunu SİA-ya YAP-ın Beynəlxalq Əlaqələr Komissiyasının katibi, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov deyib.Onun sözlərinə görə, Avropa Parlamenti və Roma Papasının Türkiyə əleyhinə qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarlar eyni mərkəzdən idarə olunur: "Bugünki reallıq ondan ibarətdir ki, islamafob, irqçi qüvvələr, multikulturalizmin əleyhdarları bayram edir. Hüququn, haqqın, ədalətin, birgə yaşayışın, mədəniyyətlərarası, dinlərarası dialoqun tərəfdarlarını isə təhdid edirlər ki, məğlub durumda olsunlar. Hesab edirəm ki, onlar yanılırlar. Belə addımlar nəticə etibarı ilə sivilizasiyaların toqquşmasına gətirib çıxarır".E. Nəsirov deyib ki, son zamanlar eyni mənbənin ideoloqları müsəlman dünyasının sayının artdığına dair bəyanatlar yayırlar: "Hətta onlar "yazıları"nda bildirirlər ki, ailədə uşaq doğumu 1.5 əmsalında olsa, digər millətlər məhv olur. Amma Avropanın 30 ölkəsində bu göstərici 1.4 əmsalına bərabərdir. Müsəlman ölkələrində isə 3.6 artım tempi var. Ona görə də müsəlman aləminin genişlənməsi onları çox narahat edir. Bu səbəbdən də Yaxın Şərqdə, müsəlman dünyasında çoxsaylı müharibələr törədirlər. Bu gün isə müsəlman ölkəsi olan Türkiyə hədəf seçilib. Avropa Parlamentinin bu addımı və Roma Papasının mövqeyi nəticə etibarı ilə qitədə, regionda sülhə, əmin-amanlığa deyil, vəziyyətin daha da gərginləşməsinə, müxtəlif dinlərin daşıyıcılarının bir-birinə düşmən kimi baxmasına, sabitliyin pozulmasına gətirib çıxaracaq. Bundan sonra Türkiyə-Avropa münasibətlərində gərginlik yeni mərhələyə keçəcək. Hadisələrin gedişatı ona gətirib çıxara bilər ki, Türkiyə xarici siyasət vektorlarında dəyişiklik edər. Burada uduzan tərəf ilk növbədə Avropa ölkələri olacaq".Politoloq bildirib ki, Avropa Parlamentinin məlum mövqeyindən sonra onlardan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində də obyektiv mövqe gözləmək yanlışdır: "Bunun nəticəsidir ki, ATƏT-in Minsk qrupunun indiyə qədərki fəaliyyəti Avropa dövlətləri və ABŞ-ın bu məsələni həll etmək niyyəti heç bir nəticə vermir. Çünki, hadisələrə belə ikili standartlarla yanaşırlar".E. Nəsirov vurğulayıb ki, qondarma "erməni soyqırımı" ilə bağlı son zamanlar ifadə olunan mövqeləri Azərbaycan ictimaiyyəti tərəfindən kəskin şəkildə pislənilir: "Biz Türkiyənin mövqeyini müdafiə edirik. Hesab edirik ki, bu hadisə strateji baxımdan Ermənistanın özünə də fayda gətirmir. Bu hal regionda vəziyyəti gərginləşdirəcək və sistemli böhran yaşayan Ermənistan üçün daha ağır nəticələrə gətirib çıxaracaq".

sia.az

Digər xəbərlər