PDF Oxu

Siyasət

  • 11

Vəfa Quluzadə: “Rusiya çox təhlükəli dövlətdir” AÇIQLAMA

Vəfa Quluzadə: “Rusiya çox təhlükəli dövlətdir” AÇIQLAMA

"Ümumiyyətlə Rusiya imperiyası heç müstəqil olan dövlətləri belə dövlət kimi qəbul etmir". Bunu SİA-ya politoloq Vəfa Quluzadə Rusiya hərbiçilərinin Ermənistan hakimiyyətindən icazə almadan İrəvanda və Gümrüdə hərbi parad keçirəcəyi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı heç vaxt müstəqil dövlət kimi saymayıb: "Rəsmi Moskva sadəcə olaraq Ermənistanı Rusiyanın bir tərkib hissəsi kimi hesab edir. Əsas məsələ də bundan ibarətdir. Bu mənada Ermənistandan icazə almağa dəyməzdi. Ümumiyyətlə ruslar düzgünlüyə heç vaxt fikir vermirlər. Beləcə, onlar istədiklərini edirlər. Məsələn, Rusiya Duması bele bir qərar qəbul edib ki, harada rus yaşayırsa, rəsmi Moskva onları incidənlərin işinə qarışa bilər. Bu, beynəlxalq hüquq normalarına ziddir. Gördüyünüz kimi, onlar özləri qərar qəbul edir, Ukraynada da istədiklərini edirlər. Bütün bunlara əsasən demək olar ki, Rusiya Fedrasiyası çox təhlükəli dövlətdir".

sia.az

Digər xəbərlər