Ermənistan tərəfi qondarma rejim vasitəsi ilə bir nəçə dəfə belə təxribat xarakterli "seçkilər" keçirmək niyyətində olub. Ancaq Serj Sarkisyan və erməni dövləti anlamır ki, dünya dövlətləri erməni terroristlərindən ibarət qondarma rejimin müstəqilliyini tanımadığı kimi, orada keçirilən qondarma seçkinin legitimliyini də tanımayacaqlar". Bu fikirləri SİA-ya politoloq Ramiz Əliyev may ayında qondarma-seperatçı rejimin parlament seçkiləri keçirmək istəyinə münasibət bildirərkən deyib.Politoloq qeyd edib ki, Ermənistan tərəfi Dağlıq Qarabağ məsələsində kompramisə getməkdən imtina etməklə, qeyri- konstruktiv mövqeyindən əl çəkmir: "Ermənistan beynəlxalq hüquq normalarını pozmaqla böyük sülh sazişinin bağlanmasına mane olur. Qondarma parlamentinə qondarma seçkilərin keçirilməsi də ona xidmət edir. Hesab edirəm ki, dünya birliyi, beynəlxalq təşkilatlar Ermənistanın yaratmış olduğu sirkə bir reaksiya verməlidirlər. Dünya birliyi belə qanun pozuntularına yol verən Ermənistana qarşı ciddi tədbirlər görmədikcə, onlar daha da azğınlaşaraq beynəlxalq hüquq normalarına meydan oxuyacaqlar".
sia.az