Bu gün YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının geniş yığıncağı keçirilib. Yığıncaqda YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-Siyasi və Humanitar məsələlər üzrə şöbənin müdiri, YAP Şəmkir rayon Qadınlar Şurası İdarə Heyətinin üzvü Sona Əliyeva, YAP Şəmkir rayon Qadınlar Şurasının və İdarə Heyətinin üzvləri, Şəmkir rayonunun ictimai-siyasi həyatında fəal rolu olan qadınlar iştirak ediblər.
Yığıncaqda YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının tədbirlər planına uyğun olaraq nəzərdə tutulmuş məsələlər müzakirə edilib.
Tədbiri giriş sözü ilə açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək ölkəmizin ictimai-siyasi və sosial həyatında qadınların rolunun yüksək olduğunu qeyd edib. F.Vəliyev bildirib ki, dövlət tərəfindən qadınlarımıza xüsusi diqqət və qayğı göstərilir. Bu diqqət və qayğının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və Prezident İlham Əliyev bu ənənəni davam etdirir.
Sonra çıxış edən Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər üzrə şöbənin müdiri, YAP Şəmkir rayon Qadınlar Şurası İdarə Heyətinin üzvü Sona Əliyeva son illər Azərbaycanda dinamik inkişaf edən iqtisadiyyatdan söhbət açıb: "Azərbaycan dünya ölkələri arasında öz iqtisadi qüdrətinə görə önəmli yer tutan bir ölkəyə çevrilib. Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin həyata keçirdiyi iqtisadi və sosial siyasət nəticəsində Azərbaycan nəinki regionda, eyni zamanda Avropa miqyasında sürətlə inkişaf edən bir dövlətdir. Sözsüz bu tərəqqinin əldə olunmasında qadınlarımızın da rolu böyükdür. Mən əminəm ki, Şəmkir şəhərinin qadınları da Respublikamızda və rayonda gedən iqtisadi inkişafa öz töhfələrini verirlər.
Daha sonra çıxış edən YAP Şəmkir rayon Qadınlar Şurası İdarə Heyətinin üzvü Aybəniz Nəsibova Ulu öndər Heydər Əliyevin Azərbaycan qadınlarına verdiyi dəyəri,göstərdiyi qayğını xüsusilə qeyd edib. Həmin xoş missiya Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir.
Aybəniz Nəsibova Azərbaycan qadınlarının şücaətindən – həm yaxşı ana həmdə yaxşı siyasətçi olmasından və YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurasının fəaliyyətindən, qarşıda duran vəzifələrdən danışıb.
Tədbirin sonunda çıxış edən YAP Şəmkir rayon Qadınlar Şurası İdarə Heyətinin üzvləri Qətibə Məmmədova, Aləmzər Hüseynova, Südabə Vəliyeva və digərləri Şəmkir rayonundakı qadınların ictimai-siyasi həyatda fəallıqlarından, onların çalışdıqları təhsil, səhiyyə, mədəniyyət müəssisələrində uğurlu fəaliyyətlərindən də danışıblar.
sia.az