PDF Oxu

Siyasət

  • 22

Ermənistana layiq olduğu cəza verilməlidir

Ermənistana layiq olduğu cəza verilməlidir

Elşad Mirbəşiroğlu: "Artıq Ermənistan Dağlıq Qarabağ münaqişəsində statrus-kvonu saxlamaq iqtidarında deyil"

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi istiqamətində göstərilən səylər Ermənistanın qeyri-konstruktiv mövqeləri səbəbindən nəticəsiz qalmaqdadır. Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, işğalçının cəzalandırılmaması, ən azı sanksiyaların tətbiq olunmaması həm Ermənistanı, həm də digər dövlətləri həvəsləndirir: "Əgər zamanında dünyanın aparıcı dövlətləri tərəfindən Ermənistanın işğalçılıq siyasətinə qarşı konkret addımlar atılsaydı, bu gün digər işğal faktları ortalığa çıxmazdır. Yəni Ermənistanın cəzasız qalması digərlərinin də belə addımlar atmağa sövq edir. İşğalçı ölkə olan Ermənistana layiq olduğu cəza verilməlidir. Çünki Ermənistan günahkar tərəfdir".

Politoloq onu da bildirdi ki, zaman Azərbaycanın xeyirinə işləyir: "Bu gün Ermənistan Azərbaycanın torpaqlarını işğal altında saxlasa da, qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə israrlı olsa da, zaman Azərbaycanın xeyirinə işləyir. Ermənistan isə bunun qarşısında gücsüzdür. Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək statusun verilməsi məsələsi təkcə Dağlıq Qarabağda deyil, ümumiyyətlə, Ermənistanda da real düşünməyi bacaran insanların fikiridir. Çünki həmin insanlar çox gözəl dərk edirlər ki, Ermənistanın başqa çıxış yolu yoxdur. Demək olar ki, Ermənistan bir ölkə olaraq iflasla üzləşib. Yəni işğalçı Ermənistanda vəziyyət acınacaqlıdır, tam şəkildə uçurumun kənarındadır. Birmənalı şəkildə demək olar ki, artıq Ermənistan Dağlıq Qarabağ münaqişəsində statrus-kvonu saxlamaq iqtidarında deyil. Ermənistanın özü bu statrus-kvo vəziyyətini dəyişmək məcburiyyətində qalacaqdır. Ümumiyyətlə, Azərbaycan dövlətini davamlı inkişafı, regionun güc mərkəzinə çevrilməsi və Ermənistanın isə regional layihələrdən kənarda qalması işğalçı ölkəni çıxılmaz bir vəziyyətə qoyaraq məcbur edəcəkdir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində əməli addımlar atsın. Ermənistan gec və ya tez məcbur qalaraq yavaş-yavaş Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar masası arxasında əyləşəcək".

GÜLYANƏ

Digər xəbərlər