"Ümumiyyətlə Ermənistanda ordu anlayışı yoxdur. İşğalçı ölkə sadəcə olaraq terrorçu, separatçı bir qurumdur. Orada məsələlər qanunla, nizamnamə ilə tənzimlənmir". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli Ermənistan ordusunda əsgərlərin kütləvi şəkildə zorlanmasına münasibət bildirərkən deyib.Hərbi ekspertin sözlərinə görə, Ermənistandakı məsələlər qeyri-dövlət, qeyri-ordu ənənələri ilə tənzimlənir: "Rəsmi İrəvanın psixologiyası, apardığı siyasət nəinki XXI əsr, heç orta əsrlərlə belə uzlaşmır. Bu şəxslər sanki vəhşi bir barbarlıq dövründə yaşayırlar. Onların siyasəti də bir növ buna yönəlib. Ermənistan ordusundakı vəziyyət açıq-aşkar göz önündədir. İşğalçı ölkənin ordusunda dedavşina, fərrarilik var, eləcə də əsgər zabit münasibətlərində qeyri-qanuni rəhbər halları mövcuddur. Ona görə də orduda zabitlər, əsgərlər döyüşmək istəmir. Əsgərlərin zorlanması isə Ermənistan ordusunun hansı səviyyədə olduğunun göstəricisidir. Rəsmi İrəvanın nə güclü iqtisadiyyatı var, nə də ordularında mənəvi-psixoloji ruh yüksəkliyindən söhbət gedə bilməz. Zorlanma faktlarının olması isə artıq işğalçı ölkənin ordusunun ən ağır böhran keçirdiyinə nümunədir. İldə 10-20 nəfər zabit cəzalandırılır və ordudan kənarlaşdırılır. Amma bu cür halların qarşısını almaq olmur. Bu gün Ermənistana bacarıqsız şəxslər rəhbərlik edir".
sia.az