"Müsəlman dünyasına qarşı Almaniya, ABŞ, Niderland və s. ölkələrdə islamafobiyanın hökm sürməsi həm sözügedən dövlətlərin siyasəti, həm də onların maraqları ilə bilavasitə bağlıdır". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, əslində Qərb dünyası düşmən obrazı olmadan yaşaya bilmir: "Yəni Qərb dünyasının mövcudluğu üçün hökmən bir düşmən olmalıdır ki, Qərb dünyası birləşmiş formada həmin düşmənə qarşı mübarizə aparsın. Düşmən obrazı Qərb dünyasını birləşdirən faktordur. Uzun müddət belə düşmən keçmiş SSRİ olub. İndi SSRİ dağılandan sonra düşmən obrazında İslam dünyasını görürlər. Onların bütün fəaliyyətləri də elə bu istiqamətə yönəlib ki, İslam dünyasına uzun müddət düşmən olaraq qalsınlar. Hazırki dövrdə onların son aktivləşməsi birbaşa Roma Papası I Fransiskin aprelin 12-də Türkiyə ilə bağlı verdiyi bəyanatdır. Roma Papası çox dolaşıq və mürəkkəb siyasi bəyanat verib. Amma o bu bəyanatı elə vaxtda verdi ki, bütün dünya hamısı onu anti-türk, anti-müsəlman kimi qəbul etdi. Qərb dünyasında, Avropada anti-islam, anti türk dalğası güclənsə də, biz hazırda gözləmə mövqeyində dayanmalı, aprelin 24-dən sonra tədricən fəaliyyətə başlamalıyıq".
sia.az