"Tarixdə "erməni soyqırımı" deyilən hadisə olmayıb. Bu, tamamilə qondarmadır". Bunu SİA-ya AMEA Dünya Siyasəti İnstitutunun direktoru, millət vəkili, professor Musa Qasımlı deyib.Millət vəkilinin sözlərinə görə, S. Sarkisyan rejiminin yalanlar üzərində reytinq qazanmaq cəhdləri göz önündədir: "Onun hərəkətləri xalqlar arasında mehriban qonşuluğa, sülhə, dostluğa və əməkdaşlığa deyil, düşmənçiliyə, terroru himayə etməyə xidmət göstərir. Heyrətləndiricisi odur ki, dünyanın bəzi ölkələri də erməni yalanlarının əsirinə çevriliblər, gözləri müəyyən siyasi məqsədlər üçün qapanıb. Deməli, regionda baş verən bütün xoşagəlməzliklərdə həmin ölkələr də məsuliyyət daşıyırlar".
sia.az