PDF Oxu

Siyasət

  • 30

Erməni hərəkatı: “ “Arsax” İrəvan rejiminin filialıdır” İTTİHAM

Erməni hərəkatı: “ “Arsax” İrəvan rejiminin filialıdır” İTTİHAM

Qondarma "DQR"-dəki "parlament seçkiləri" qarşıdurmalara səbəb olub

"Parlament təsisatı" hərəkatı qondarma "DQR" rejimi ilə bağlı bəyanat yayıb. SİA xəbər verir ki, bu barədə "armtoday" məlumat yayıb. Bəyanatda bildirilir ki, separatçı "respublikada" keçirilən "parlament seçkilərində" müxalifətçi "Milli dirçəliş" partiyasına qarşı təzyiqlər davam edir.

Belə ki, adıçəkilən partiya qondarma seçkilərə müxalifət qismində qatıldıqdan sonra bu təşkilata qarşı hücumlar baş qaldırıb. Bəyanatın növbəti hissəsində isə deyilir ki, qondarma respublikada olan mövcud hakimiyyətin Sarkisyan hakimiyyəti ilə heç bir fərqi yoxdur: " "Artsax" İrəvan rejiminin filialıdır və mövcud təzyiqlər Ermənistandakı siyasi təqiblərin davamı kimi qəbul edilir.

"Parlament təsisatı" hərəkatı bir daha yanvarın 31-də "Berdzorda" (Laçın-red.) onlara qarşı baş verən hücumu da xatırladıb. Sitat: "Yanvarın 31-də "Berdozrda" baş verən hadisə Ermənistan rejimini və "Arsax hakimiyyəti" tərəfindən törədilən dövlət terroru və vandalizm aktıdır. Bu, həm də onun göstəricisidir ki, rejim ona qaşrı çıxan istənilən qüvvəyə qarşı istənilən vasitələrlə çıxmağa və amansız güc tədbiq etməyə hazırdır.

Müxalifət hərəkatı bəyanatının sonunda Ermənistan və Qarabağ ermənilərini hər iki rejimə qarşı çıxmağa səsləyib.

sia.az

Digər xəbərlər