PDF Oxu

Siyasət

  • 37

Binəqədi rayonunda reallaşan Müasir İqtisad Məktəbi layihəsinin bağlanış mərasimi keçirilib

Binəqədi rayonunda reallaşan Müasir İqtisad Məktəbi layihəsinin bağlanış mərasimi keçirilib

Binəqədi rayon icra hakimiyyəti, YAP Binəqədi rayon təşkilatı və Binəqədi rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə reallaşan Müasir İqtisad Məktəbi layihəsinin yekun bağlanış mərasimi keçirilib.

Tədbirdən öncə qonaqlar Müasir İqtisad Məktəbinin tanıtımına həsr olunmuş videoçarxı izləyiblər. Tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı gənclər birliyinin sədri, Müasir İqtisad Məktəbi layihəsinin rəhbəri Mahmud Məmmədzadə layihə haqqında məlumat verib. O, layihənin 4 aydır ki, davam etdiyini, layihə çərçivəsində "Neoklassiklər", "Smitin varisləri", "Dollara Manat" və "Gənc Analitiklər" komandalarının müxtəlif təlimlər keçirdiyini qeyd edib. Natiq layihənin bağlanış mərasimində "Neoklassiklər" və "Smitin varisləri" komandaları arasında final təqdimatının baş tutacağını və sonda münsiflər heyətinin qalib komandanı elan edəcəyini bildirib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək, layihənin əhəmiyyətindən danışıb. Natiq ölkəmizdə gənclərin davamlı inkişafına hədəflənən dövlət-gənclər siyasətinin uğurla həyata keçirildiyini, bu siyasətin Binəqədi rayonunda müvəffəqiyyətlə reallaşdırıldığını qeyd edib. Rayon partiya təşkilatının sədri Prezident İlham Əliyevin Azərbaycanı regionun və dünyanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevirməsini, gənclərin mənəvi və fiziki inkişafı üçün müxtəlif dövlət proqramlarının qəbulunu vurğulayaraq, gənclər sahəsinin ökəmizdə prioritet sahələrdən biri olduğunu diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Binəqədi rayon gənclər və idman idarəsinin rəisi Qüdsi Bayramov Binəqədi rayonunda gənclərin davamlı inkişafı üçün görülmüş işlərdən danışaraq, Müasir İqtisad Məktəbi layihəsinin uğurla həyata keçirildiyini bildirib. O, gəncləri fəal olmağa müxtəlif layihələr və ideyalarla çıxış etməyə çağırıb.

Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Beynəlxalq əlaqələr sektorunu aparıcı məsləhətçisi Rauf Həsənov, Modern Marketing Group Şirkətinin təsisçisi Yusif Vəliyev və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının rektorunun müşaviri Yusif Ağayev çıxışlarında dövlət-gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini vurğulayıblar.

Daha sonra çıxış edən BDU-nun hüquq fakültəsinin magistrantı Yavər Məmmədova gənclərin maarifləndirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. O, gənclərin müxtəlif beynəlxalq tədbirlərdə ölkəmizi layiqli şəkildə təmsil etdiyini bildirib.

Sonra "Müasir İqtisad Məktəbi" layihəsində finala vəsiqə qazanmış "Neoklassiklər" komandası tərəfindən "Azərbaycanda Kənd Təssərüfatında mövcud vəziyyət və gələcək perspektivlər, "Smitin varisləri" komandası tərəfindən isə "Fond Birjaları Bazarı" mövzularında təqdimat baş tutub, münsiflər heyəti tərəfindən müvafiq qiymətləndirmə aparılıb. Təqdimatların nəticələrinə əsasən "Neokalssiklər" komandası qalib elan edilib, qalib komandanın üzvlərinə və layihə iştirakçıları olan gənclərə sertifikatlar və qiymətli hədiyyələr təqdim olunub.

Sonda tədbir iştirakçıları ekspert və qonaqlarla xatirə şəkli çəkdirib.

ZÜMRÜD

Digər xəbərlər