PDF Oxu

Siyasət

  • 18

Siyəzən rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olunub

Siyəzən rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü qeyd olunub

YAP Siyəzən rayon təşkilatı rayonun Heydər Əliyev Mərkəzində Azərbaycan oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibəti ilə tədbir keçirib. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini yad ediblər.

Tədbiri YAP Siyəzən rayon təşkilatı qadınlar şurasının sədri, Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidova giriş sözü ilə açaraq qeyd edib ki, yüksək intellektual səviyyəsi, sərrast düşüncəsi, səmimi, xoş münasibəti Zərifə xanımı hamıya sevdirirdi:"Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş edirdi. Zərifə xanım Əliyeva hər zaman düşünürdü ki, müalicəsinin uğurlu olması üçün həkim ilk növbədə insanları sevməli, onların ağrısını hiss etməlidir".

R.Seyidova böyük elm fədaisinin tibb dünyasına gəldiyi illərdə Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxonma infeksiyon xəstəliyinin geniş yayıldığını bildirib. Belə bir vəziyyətdə bu infeksiyon xəstəliyi, eləcə də onun müalicəsini ətraflı şəkildə öyrənən Zərifə xanım Əliyeva şəxsiyyətinə Azərbaycanın ehtiyacı var idi:"Onun 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomesinlə müalicəsi" mövzusunda namizdəlik dissertasiyasını uğurla müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsinə layiq görülməsi elmi fəaliyyəti ilə həkimliyin üzvü bağlantısı idi. O, 1967- ci ildə müsabiqə yolu ilə Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnistitunun Göz Xəstəlikləri kafedrasının dosent vəzifəsinə seçilmişdi. Zərifə xanım dosentlikdən, professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yuksəlmişdir. Azərbaycanda oftamologiya sahəsində ilk akademik olmuşdur. Zərifə Əliyeva gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki bir sıra orijinal işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülür və o, keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın idi".

Natiq Zərifə xanımın ictimai xadim kimi də səmərəli fəaliyyətinə də nəzər salıb. Tədbirdə Siyəzən rayon Mərkəzi Poliklinikasının baş həkimi Mirələm Cəlalov, Siyəzən rayon 2 saylı tam orta məktəbin tarix müəllimi Səadət Əsədullayeva, 3 saylı uşaq bağçasının direktoru Turan Qurbanova çıxış edərək Zərifə xanımın keçdiyi işıqlı həyat yoluna nəzər salıblar.

Tədbirin sonunda məktəblilərin iştirakı ilə şeirlər söylənilib. Sonra Zərifə xanım Əliyevanın həyat və yaradıcılığını əks etdirən film təqdim edilib.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər