Son zamanlar daha çox danışılan mövzu Avropada islamofobiyanın vüsət almasıdır. Yəni qısa desək, deyəsən "demokratik" avropalılar normal islam dəyərləri ilə "İŞİD", "Əl-Qaidə" tərəfindən atılan dırnaqarası islami dəyərləri səhv salıblar. Əslində, nəyin necə olduğunu onların özləri də yaxşı anlayırlar. Sadəcə, əllərinə bir "sübut" lazım idi ki, indi həmin "sübutları" lazım oldu-olmadı, yeri gəldi-gəlmədi hətta müstəqil, sivil, beynəlxalq siyasətdə rolu və yeri olan, söz sahibi müsəlman ölkələrinə qarşı da yönəltməyə çalışırlar. Məsələn, götürək bizim ölkəmizi. Azərbaycanın dünyadakı nüfuzu artdıqca, Avropa siyasilərinin kürklərinə sanki birə düşür. Gecə-gündüz, səhər-axşam döşə ki, döşəyəsən Azərbaycana qarşı. Ancaq bunların heç birinin faydası olumr. Çünki avropalı siyasilərin özləri faydasızdırlar.
Daha bir səbəb isə Qərbin xristian ailəsi olaraq, erkən və orta əsrlərdən olduğu kimi deyil, biz az fərqli məcrada səlib yürüşləri təşikil etmələri dayanıb. Əslində, Azərbaycanın inkişaf və tərəqqisindən narahat olmağa başlayan Qərb, eləcə də Avropa siyasi dairələri ölkəmizin milli-dövlətçilik maraqlarına qarşı çıxan satqın və xəyanətkarların layiq olduqarı cəzalarını aldıqdan sonra dərhal "Azərbaycanda demokratiya pozulur" "arqumenti" ilə çıxış edərək, səlib yürüşlərini yürüdürlər.
Gəlin görək, Avropanın özündə insah hüquqları, demokratik mühit nə yerdədir. Faktlara müraciət edək. Fransada qadaınların geydiyi üzü tamamilə bağlayan baş örtüyü hələ 2011-ci ilin aprelindən qadağan edilib. Hətta bu qadağanın pozulmasına görə cərimə nəzərdə tutulub. Bununla bağlı Avropa Məhkəməsində iddia qaldırmış 24 yaşlı fransalı qadının sözlərinə görə, ictimai yerlərdə niqab geyinmək qadağası onun din və ifadə azadlığını pozur. 2011-cu ildən qüvvədə olan qanun keçmiş mühafizəkar prezident Nikola Sarkozinin dövründə qəbul edilib. Almaniyada isə ən yüksək instansiya məhkəməsi məktəb müəllimlərinə baş örtüyünü qadağan edən 2004-cü il tarixli qanunu ləğv edib. Lakin məhdudiyyətlər heç də təkcə müsəlmanların geyim məcəllələrini təsirləndirmir. Məsələn, hindular və ya siqhlər məktəblərdə və iş yerlərində öz əmmamələrini geyinmək, xristianlar isə boyunlarından xaç asmaq hüquqlarını əldə etmək üçün iddialar qaldırmalı olublar.
2011-ci ildən Belçika da eynilə belə bir qadağa qoyub. Regional miqyasda, ya müəyyən məktəb və iş yerlərində milli qanunlara uyğun olaraq bir sıra başqa məhdud yasaqlar da mövcuddur. İsveçrədə, Norveçdə, İsveçdə, Böyük Britaniyada, eləcə də digər Qərb ölkələrində də eyni hal müşahidə olunur. Məgər budurmu demokratiya və insan hüquqlarına hörmətlə yanaşmanın təsdiqi? Bəlkə də bu, belədir. Yəni avropalı siyasilər hesab edirlər ki, öz ölkələrində nə istəsələr, kimi istəsələr qanundan kənar mühakimə edə bilərlər.
Ancaq Azərbaycanda belə deyil. Azərbaycanda qanunu pozan şəxs məhz qanun çərçivəsində, eləcə də demokratik, şəffaf şəkldə cəzasını alır. Daha dolayı yollarla kimsəyə nə isə sübut olunmur ki, sən cinayət törətmisən və ölkə qaununlarını pozmusan. Bu gün Azərbaycanı anti-demokratiyada, insan hüquqlarının pozulmasında ittiham edən mister avropalılar əgər öyrənmək istəsələr hər halda Azərbaycandan nə isə öyrənə bilərlər. Çünki yuxarıda adları çəkilən islamofob Qərb ölkələrindən fərqli olaraq, Azərbaycan bütün dəyərlərə hörmət qoyan tolerant ölkədir!
RƏFİQƏ