PDF Oxu

Siyasət

  • 25

Ümummilli Lider Heydər Əliyevin anadan olması ilə bağlı mini-futbol turniri keçirilib

Ümummilli Lider Heydər Əliyevin anadan olması ilə bağlı mini-futbol turniri keçirilib

Dünən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının təşkilatçılığı ilə mini-futbol turnirinə yekun vurulub.

Ərazi ilk partiya təşkilatları arasında keçirilən turnirin final görüşündə "RMX" və "Həsənli" komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən final qarşılaşmasında "Həsənli" komandası "RMX" komandasını 3-2 hesabı ilə məğlub edərək turnirin qalibi olub.

Komandaların mükafatlandırılmasında YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyi uğrunda apardığı yorulmaz fəaliyyətindən, Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin Azərbaycan gəncliyinə və idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan, apardığı uğurlu daxili və xarici siyasətindən ətraflı məlumat verib və turnirin qalibi olmuş "Həsənli" komandasını təbrik edib.

Sonda turnirin final mərhələsində qarşılaşmış komandalara YAP Masallı rayon təşkilatının fəxri fərmanı, qiymətli hədiyyələri və pul mükafatları verilib.

R.KAMALQIZI

Digər xəbərlər