PDF Oxu

Siyasət

  • 245

Göygöl rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyi qeyd edilib

Göygöl rayonunda akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92 illiyi qeyd edilib

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə görkəmli alimin xatirəsi bir dəqiqəlik sükutla yad edib. YAP Göygöl rayon təşkilatının sədr müavini, rayon təşkilatının qadınlar şurasının sədri Nuranə Quliyeva görkəmli alim, bacarıqlı pedaqoq, qayğıkeş və sevimli qadın, mehriban ana olan Zərifə xanım Əliyevanın həyatı və fəaliyyəti barədə geniş məlumat verib. Bildirib ki, 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirən, Moskva Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə təhsilini davam etdirən Zərifə xanım Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. Zərifə Əliyeva 150-dən artıq elmi əsərin, 10 monoqrafiyanın müəllifidir. Görkəmli alim məşğul olduğu elm sahəsi üzrə 12 səmərələşdirmə təklifi irəli sürmüşdür.

YAP Göygöl rayon təşkilatının sədr müavini Vüqar İsayev, YAP Göygöl rayon təşkilatının aparat rəhbəri Rəşad Veysov dünya şöhrətli oftalmoloqun respublikamızda tibb elminin inkişafına əvəzolunmaz töhfələr verdiyini, elmi-pedaqoji və ictimai fəaliyyəti ilə həkimlərin yeni nəslinin yetişməsində və Azərbaycanda oftalmologiya elminin inkişafında böyük xidmətləri olduğunu vurğulayıblar. Qeyd edilib ki, gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi xalqımız tərəfindən hər zaman əziz tutulacaqdır.

ÜLVİ

Digər xəbərlər