Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana yeni təyin olunmuş konsulu Abdullah əl-Şəmsi Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında olub. SİA-nın məlumatına görə, konsul ilk öncə kitabxana ilə yaxından tanış olub. Kitabxana haqqında Abdullah əl-Şəmsiyə geniş məlumat verilib.Görüş zamanı kitabxananın direktoru Leyla İmanova iki ölkə arasındakı münasibətlərə toxunaraq, kitabxana sahəsində də əməkdaşlıq etmək niyyətlərini qonağın diqqətinə çatdırıb: "Kitabxanada olan geniş imkanların dünya informasiya məkanına mümkün qədər açıq olması üçün BƏƏ ilə əməkdaşlıq da mühümdür. Biz istərdik ki, Mərkəzi Kitabxana ilə Birləşmiş Ərəb Əmirliklərinin aparıcı kitabxanaları arasında əməkdaşlıq Memorandumunun imzalanmasına nail olaq. Buraya kataloqların, kitabların mübadiləsi, "Milli rəqəmsal yaddaş" bazasının zənginləşdirilməsi və başqa məsələlər daxildir".Konsul kitabxana ilə tanışlıqdan məmnun olduğunu dilə gətirərək qeyd edib ki, bura müasirdir və bütün tələblərə cavab verir: "Hər iki ölkənin kitabxanaları arasında əməkdaşlıq olduqca vacibdir. Biz arzu edərdik ki, kitabxanalarımız arasında yüksək səviyyəli əməkdaşlıq qurulsun. Bu baxımdan səslənən təklifləri hökmən nəzərə alacağıq".
Son olaraq konsul BƏƏ-nin müxtəlif elm sahələrini əks etdirən 100 kitab Mərkəzi Kitabxanaya hədiyyə olunub.
sia.az