PDF Oxu

Siyasət

  • 29

Deputatlarımız beynəlxalq tədbirlərə qatılacaqlar

Deputatlarımız beynəlxalq tədbirlərə qatılacaqlar

Milli Məclisin üzvləri beynəlxalq tədbirlərə qatılacaqlar. Milli MəclisdənSİA-ya verilən xəbərə görə, millət vəkili Mixail Zabelin "Böyük qələbənin 70 illiyi: tarixi təcrübə və müasir dövrün problemləri" mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda iştirak etmək üçün aprelin 22-dən 25-dək Rusiya Federasiyasının Yekaterinburq şəhərində səfərdə olacaq. Toplantıda II Dünya müharibəsi barədə hərbi-tarixi biliklərin dərinləşdirilməsi, gənc nəslin vətənpərvərlik ruhunun təkmilləşdirilməsi, dünyada hərbi qarşıdurmaların alovlanmasının qarşısının alınması məsələlərinə dair fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində deputatımızın Sverdlovsk vilayətinin rəhbərləri, bu bölgədəki Azərbaycan diasporunun fəalları ilə görüşləri nəzərdə tutulur.Həmçinin Milli Məclisin deputatları Məlahət İbrahimqızı və Musa Qasımlı IV Dünya Türk Forumunda iştirak etmək üçün aprelin 23-dən 26-dək Türkiyədə səfərdə olacaqlar. İstanbul şəhərində keçiriləcək tədbir Türk Asiya Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə hazırlanıb. Türksoy xalqları nümayəndələrinin qatılacağı tədbirdə türk dünyası birliyinin gücləndirilməsindən, uğur və nailiyyətlərdən danışılacaq, bəzi problemlər müzakirə ediləcək. Milli Məclisin deputatı Azay Quliyev isə ATƏT Parlament Assambleyasının Büro iclasında iştirak etmək üçün aprelin 25-dən 28-dək Danimarkada səfərdə olacaq. Kopenhagen şəhərində qurumun təşkilati məsələlərə həsr olunmuş xüsusi iclası keçiriləcək. Tədbirdə Büro Katibliyinin fəaliyyəti ilə əlaqədar məsələlərə baxılacaq, eyni zamanda bəzi qətnamə layihələrinin və digər sənədlərin müzakirəsi aparılacaq.

Səfər çərçivəsində təşkilatın "Helsinki+40" mövzusunda seminarının keçirilməsi nəzərdə tutulub.

sia.az

Digər xəbərlər