Milli Məclisin deputatı, AMEA Dünya Siyasəti İnstitutunun direktoru, Akademiyanın "Azərbaycanlılara qarşı soyqırımı tədqiqatları komissiyası"nın "Azərbaycanlılara qarşı soyqırımı siyasəti" yarımkomissiyasının rəhbəri, professor Musa Qasımlı 24-25 aprel tarixlərində İstanbulda keçiriləcək IV Dünya Türk Forumunda " Rusiya və Gürcüstan arxiv materialları əsasında Şərqi Anadoluda və Cənubi Qafqazda şərait və erməni silahlı dəstələrinin fəaliyyətləri (1917, fevral – 1918, fevral)" mövzusunda məruzə edəcək. Bu barədə SİA-ya deputatın özü məlumat verib.Onun sözlərinə görə, məruzədə Birinci dünya müharibəsinin son mərhələsində, xüsusən 1918-ci il 31 martda törədilən soyqırımına qədərki müddətdə Şərqi Anadoluda və Cənubi Qafqazda dinc türk-müsəlman əhalinin kütləvi şəkildə öldürülməsi ən mötəbər arxiv mənbələri əsasında təqdim ediləcək.
sia.az