PDF Oxu

Siyasət

  • 19

“İtki və tələfatların qiymətləndirilməsi media müstəvisində”

“İtki və tələfatların qiymətləndirilməsi media müstəvisində”

Bu gün Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə "İşçi Qrupu"nun və Azərbaycan Mətbuat Şurasının təşkilatçılığı ilə "Azərbaycan Qaçqınları və Məcburi Köçkünləri: İtki və tələfatların qiymətləndirilməsi media müstəvisində" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə Azərbaycan Respublikasının müvafiq rəhbər dairələrinin, hüquqşünas, iqtisadçı və tarixçi alimlərin, Milli Məclis üzvlərinin, Qeyri Hökumət Təşkilatları təmsilçilərinin, media nümayəndələri iştirak ediblər.Dəyirmi masada Avrasiya Qiymətləndiricilər Birlikləri Assosiasiyasının idarə heyətinin üzvü, Milli Məclisin deputatı Xanhüseyn Kazımlı və Respublika Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək əvvəlcə Avropa Parlamentinin "qondarma erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qətnaməni ədalətsizliyin, habelə ikili standartların ən yüksək həddi olduğunu xüsusi qeyd ediblər. Eyni zamanda həmin qətnamənin tarixi həqiqətlərdən uzaq olduğunu, mövcud anti-müsəlman, anti-türk qüvvələrin maraqlarından irəli gəldiyini və belə yanaşmaların yer kürəsində sabitliyə əsaslı zərbə olduğunu bildiriblər.Respublika rəhbərliyinin razılığı və hökumətin sərəncamı ilə yaradılmış "İşçi Qrupu"nun üzvləri, Azərbaycan Auditorlar Palatasının təmsilçiləri, habelə media nümayəndələri öz çıxışlarında Ermənistanın silahlı təcavüzü nəticəsində Respublikamızın çoxsaylı itkilərə məruz qalmasını, bu itkilərin təsnifatı üzrə sadalayaraq həmin itkilərin bir neçə trilyon dollara çatacağı barədə fikir söyləyiblər. Eyni zamanda Ermənistan adlanan dövlət tərəfindən işğalçılıq müddəti davam etdikcə Azərbaycanın məruz qaldığı itki və tələfatların dəyərinin getdikcə artacağı barədə məlumat verilib.Eyni zamanda diqqətə çatdırılıb ki, Ermənistanın Azərbaycana qarşı uzun illər apardığı işğalçılıq siyasəti son nəticədə ölkəyə böyük bir zərbə vurmaqla yanaşı, Cənubi Qafqaz regionunda gərginliyin artmasına əsas səbəb olub. Nəticədə isə Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan 7 inzibati rayonu 1989-1993-cü illərdə Ermənistan tərəfindən işğal olunub.

sia.az

Digər xəbərlər