"Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri xüsusi bir mesajdır ki, Azərbaycan-Fransa münasibətləri Fransa rəhbərliyi üçün önəm daşıyır". Bunu SİA-ya Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə deyib.Millət vəkili bu sülh missiyasından heç nə gözləmədiyini bildirib: "Çünki, Ermənistan sülh istiqamətində heç bir addım atmağa hazır deyil. İndiyə qədər bu istiqamətdə sadəcə danışıqların imitatsiyasını həyata keçirib. Lakin Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfərini müsbət qiymətləndirirəm".A. Mollazadə Fransa prezidenti Fransua Ollandın qondarma "erməni soyqırımı" ilə bağlı Ermənistanda təşkil olunacaq tədbirlərə qatılmasına da münasibət bildirib: "Fransa bu istiqamətdə bir sıra qərarlar qəbul edib. Bu ölkənin prezidentinin Ermənistana səfəri də Fransada nüfuzlu erməni diasporunun olması və onların təsirləri ilə əlaqədardır".
sia.az