NATO Hərbi-hava Qüvvələri komandanlığının Latviya Milli Silahlı Qüvvələri ilə birgə Baltikyanı ölkələrin hava məkanında təlim uçuşları həyata keçirməsini Rusiyaya qarşı güc nümayişindən daha çox müdafiə xarakteri daşıyır". Bunu SİA-ya politoloq Qabil Hüseynli deyib.Politoloq xatırladıb ki, Rusiya baltikyanı ölkələrə, xüsusilə Latviyaya qarşı ciddi iddialar ortaya qoyub: "Hazırda hər üç respublika NATO-nun üzvüdür. ABŞ NATO üzvü olan ölkələrdə asayişi, xarici təcavüzü dəf etmək üçün bir sıra tədbirlərə əl atır. Eyni zamanda Rusiya sərhədləri boyunca hava hücumundan müdafiə sistemlərinin yerləşdirilməsini davam etdirir. Yəni Rusiyanın ehtimal olunan təcavüzünə müqavimət göstərməkdən ibarətdir". Q. Hüseynli deyib ki, bu gün baltikyanı respublikalarda NATO-nun məhdud sayda kontingenti təlim keçir: "Rusiya bu təlimləri hay-küylə qarşılayır, ABŞ-ın güc nümayişi kimi qiymətləndirir. Amma, bu bölgələrdə, Krımda, Ukraynada nəinki güc, hətta təcavüz nümayiş etdirən Rusiyadır. Ona görə də NATO cavab tədbirləri görməkdədir".Qeyd edək ki, NATO Hərbi-hava Qüvvələri komandanlığı Latviya Milli Silahlı Qüvvələri ilə birgə Baltikyanı ölkələrin hava məkanında təlim uçuşlarına başlayır. Bu alyansın Baltikyanı ölkələrin hava məkanında ən miqyaslı təlimləridir. Təlimlərdə 10 NATO ölkəsi - Belçika, Almaniya, İspaniya, Estoniya, İtaliya, Latviya, Litva, Norveç, Polşa və ABŞ, o cümlədən "Sülh naminə tərəfdaşlıq" proqramının iki iştirakçı ölkəsi olan Finlandiya və İsveç iştirak edəcək. Təlimlər iki gün davam edəcək.
sia.az