PDF Oxu

Siyasət

  • 28

“Xaricdə alınan dini təhsil Azərbaycanda tətbiq edilə bilməz” AÇIQLAMA

“Xaricdə alınan dini təhsil Azərbaycanda tətbiq edilə bilməz” AÇIQLAMA

"Dini etiqad azadlığı haqqında" qanuna görə, Azərbaycanda dini ayinləri yalnız ölkəmizdə təhsil almış şəxslər həyata keçirə bilər". Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı deyib.Komitə sədrinin sözlərinə görə, Azərbaycanda dini təhsil almadan xarici ölkəyə gedib dini təhsil alan şəxs aldığı təhsili dövlətimizdə hansısa formada həyata keçirə bilməyəcək: "Mən tövsiyyə edərdim ki, bizim dini təhsil almaq istəyən gənclərimiz Bakı Dövlət Universitetinin ilahiyyat fakultəsinə, Bakı İslam Universitetinə daxil olsunlar və orada təhsil alsınlar, yetişsinlər. Bununla da onlar Azərbaycanda qanuni şəkildə fəaliyyət göstərə bilsinlər. Əgər kimlərsə hansısa xarici ölkələrə özbaşına gedirlərsə, onların aldığı təhsil Azərbaycanda deyil, əksinə həmin ölkələrdə sərf oluna bilər".

sia.az

Digər xəbərlər