PDF Oxu

Siyasət

  • 18

“Saysız-hesabsız layihələr həyata keçirilib” AÇIQLAMA

“Saysız-hesabsız layihələr həyata keçirilib” AÇIQLAMA

"Aprelin 24-də Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Dnepropetrovsk vilayət təşkilatının yaranmasının artıq 5 illiyi tamam olur". Bunu SİA-ya UAGB sədri Elza Bəkirova deyib.Onun sözlərin görə, ötən illər ərzində təşkilatlanaraq Ukraynanın 19 regionunda fəaliyyət göstərən təşkilat 5 mindən çox gənci birləşdirərək Azərbaycan həqiqətlərinin Ukrayna ictimaiyyətinə çatdırması, mədəniyyətimizin təbliğatı, gənclərimizin yaşadığımız ölkənin ictimai-siyasi, mədəni həyatına inteqrasiya olunması istiqamətində saysız-hesabsız tədbirlər və layihələr həyata keçirib: "Əlbəttə, bu uğurlar UAGB-nın bütün üzvlərinin birlikdə kollektiv olaraq çəkdiyi əziyyətlər hesabına başa gəlib. Amma əsas məqam ondan ibarətdir ki, xaricdə yaşayan və təhsil alan gənclər olaraq bizim gördüyümüz işdə həvəsləndirən Vətənimiz Azərbaycanın günü-gündən inkişaf edərək lider bir ölkəyə çevrilməsi və cənab Prezidentimiz İlham Əliyev tərəfindən aparılan Gənclər siyasətidir ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bizlərə Ümummilli Liderimiz Heydər Əliyevin məşhur kəlamını qürurla deməyə hüquq verir ki, çəkinmədən uca başla deyək – Biz Fəxr edirik ki, Azərbaycanlıyıq!".

sia.az

Digər xəbərlər