PDF Oxu

Siyasət

  • 26

Azərbaycan nümayəndələri Qazaxıstanda keçiriləcək prezident seçkiləri üzrə MDB komissiyasının tərkibinə daxil olub

Azərbaycan nümayəndələri Qazaxıstanda keçiriləcək prezident seçkiləri üzrə MDB komissiyasının tərkibinə daxil olub

Qazaxıstanda növbədənkənar prezident seçkilərinə hazırlığın monitorinqi və keçirilməsi üzrə MDB missiyasının tərkibinə 400-dən çox müşahidəçi daxil edilib.

Birliyin İcraiyyə Komitəsinin Minskdəki mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası MDB-dən 410 müşahidəçini akkreditə edib. Onların bir hissəsi uzunmüddətli əsasda işləyir. Missiyanın tərkibinə o cümlədən, Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Ermənistan, MDB Parlamentlərarası Assambleyası, Rusiya-Belarus İttifaq Dövlətinin Parlament Məclisi, MDB İcraiyyə Komitəsi daxildir.
Qazaxıstanda prezident seçkiləri üzrə xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan, habelə xarici KİV-lərdən 1026 müşahidəçi akkreditə olunub.
MDB Parlamentlərarası Assambleyanın Müşahidə Missiyasına Belarus Məclisi Nümayəndələr Palatasının sədr müavini Viktor Quminski rəhbərlik edəcək.
Qazaxıstanda növbədənkənar prezident seçkiləri aprelin 26-da keçiriləcək.

AZƏRTAC

Digər xəbərlər