Aprelin 21-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Şamaxı İncəsənət Təhsili Mərkəzi şagirdlərinin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş konserti keçirilib.
Tədbirdə Şamaxı rayon icra hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, Şamaxı İncəsənət Təhsili Mərkəzinin direktoru Namiq Rzazadə və başqaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi qayğıdan, nəsillərə örnək olan zəngin dövlətçilik irsindən söhbət açıblar.
Bakı şəhər Tofiq Quliyev adına 12 saylı 11 illik Musiqi Məktəbinin direktoru Gülnarə Səfərova Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin mədəniyyətə, incəsənətə, idmana və eləcə də gələcəyimiz olan yaradıcı uşaqlara diqqət və qayğısından danışıb.
Sonda Şamaxı İncəsənət Təhsili Mərkəzinin şagirdləri konsert proqramı təqdim ediblər.
Ü.ƏSGƏROV