PDF Oxu

Siyasət

  • 31

Daşkəsən rayonunun Bayan kəndində vətəndaşların səyyar qəbulu keçirilib

Daşkəsən rayonunun Bayan kəndində vətəndaşların səyyar qəbulu keçirilib

Dünən Daşkəsən rayon icra hakimiyyəti başçısının Bayan inzibati-ərazi üzrə nümayəndəliyində kənd sakinlərinin səyyar qəbulu keçirilib. Vətəndaşların səyyar qəbulunu giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzun illərə hesablanmış siyasətinin təntənəsidir ki, ölkəmiz dinamik sürətlə inkişaf edir: "Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu islahatlar, həyata keçirilən dövlət proqramlarının müsbət nəticəsidir ki, Azərbaycan lider dövlətlər sırasında olmaqla yanaşı, beynəlxalq aləmdə inkişaf edir, sabit bir ölkə kimi tanınır".

Ə.Abıyev onu da vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkəmizdə uğurla icra olunmaqdadır: "Ölkə rəhbəri Cənab İlham Əliyev hər bir Azərbaycan Respublikasının vətəndaşının Prezidenti olduğunu əməli işləri ilə sübut etmişdir. Digər bölgələr kimi Daşkəsən rayonuna möhtərəm Prezidentimiz Cənab İlham Əliyevin diqqət və qayğısı özünü əyani şəkildə təsdiq edir. Hazırda rayonumuzun ən ucqar kəndlərində yolların və körpülərin əsaslı tikintisi aparılır, məktəblər, sosial obyektlər tikilir, infrastruktur yenidən qurulur. Dünyanın ən zəngin yataqlarından hesab olunan Çovdar qızıl mədəninin işə düşməsi rayonda işsizlik problemini əhəmiyyətli dərəcədə azaldacaq".

Ə.Abıyev, həmçinin rayonda aparılan irimiqyaslı layihələrdən də danışaraq vurğulayıb ki, biz bu cür səyyar qəbulları tərtib olunmuş qrafik üzrə rayonumuzun bütün yaşayış məntəqələrində keçiririk: "Bu görüşlərin keçirilməsi mövcud problemlər və çatışmazlıqların aradan qaldırılmasına imkan verəcək".

Səyyar qəbulda Bayan kəndinin İƏDÜN-i Etibar Alıyev kənd haqqında səyyar qəbul iştirakçılarına məlumat verərək, qəbulda iştirak edən Prezident Administrasiyasının məsul işçisi Arif Novruzova kənd sakinləri adından minnətdarlığını bildirib. Digər çıxış edənlər kənd tam orta məktəbinin əsaslı təmirini, kənd ərasizindəki elektrik dirəklərində və naqillərində mövcud problemləri, 1937-ci ildə kənddə inşa olunmuş körpünün təmirini, kənd tam orta məktəbinin ərazisinin yaşıllaşdırılmasını, kəndə təbii qaz xəttinin çəkilməsini, uzun illərdən bəri istismar olunan mədəniyyət evinin əsaslı təmirini gündəmə gətiriblər.

Rayon rəhbəri Ə.Abıyev səyyar qəbulda qaldırılan problemlər, çatışmazlıqlar və təkliflərlə bağlı vətəndaşlar qarşısında aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib, kənd sakinlərini əmin edib ki, qaldırılan məsələlər yaxın vaxtlarda həllini tapacaq, aidiyyəti üzrə müvafiq ünvanlara müraciətlər olunacaqdır.

Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrsiyasının məsul işçisi Arif Novruzov çıxış edib və onlara uğurlar arzulayıb.

R.HÜSEYNOVA

Digər xəbərlər