PDF Oxu

Siyasət

  • 21

Çanaqqala zəfəri Qarabağın azad olunması uğrunda böyük qələbəyə səsləyir

Çanaqqala zəfəri Qarabağın azad olunması uğrunda böyük qələbəyə səsləyir

YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin şəhər 3 saylı tam orta məktəbdə müəllim kollektivinin və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirdiyi dəyirmi masada səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatı gənclər birliyinin sədri bildirib ki ki, Çanaqqala döyüşləri müharibələr tarixinə özünün silinməz adını yazmışdır:"Bu savaşlar nəticəsində türklər dünyaya öz döyüş əzmlərini sübut etmişlər. Minillik döyüş təcrübəsi olan böyük türk millətinin Birinci Cahan müharibəsindəki zəfəri bu ulusun bir daha yenilməz olduğunu təsdiqləmiş oldu".

Məktəbin Uşaq Birliyinin rəhbəri Əsli Süleymanzadə çıxışında Çanaqqala döyüşləri, əsrimizin ən böyük döyüşlərindən biri olduğunu bildirib:"Min illərlə savaş təcrübəsi olan türk ordusu məhz Çanaqqala döyüşündə bir daha böyük şücaət göstərərək, hərbi texnika və canlı qüvvə baxımından özündən qat-qat güclü olan düşmən ordularına və onun hərbi donanmasına qarşı qəhrəmanlıqla müqavimət göstərmişdir".

Tədbirdə çıxış edən YAP İsmayıllı rayon təşkilatının sədri Əzizə Vahabova qeyd etdi ki, həqiqətən də Çanaqqala savaşında Türk millətinin göstərdiyi əzmkarlıq, birlik, ölümdən zərrə qədər qorxu hissinin olmaması, torpaq uğrunda son damla qanını fəda etmə duyğusu bu deyilənləri bir daha təsdiqləyir: "Üstündən yüz ilə yaxın bir müddət keçməsinə baxmayaraq, insanlar Çanaqqala adını eşidəndə qəhrəman Türk millətinin əzmkarlığına heyran olur və bu şərəfli mücadilə hər bir kəsi düşündürməklə yanaşı, onlara əsl vətənpərvərlik irsini tərbiyə edir. Türk dünyasının hər zaman belə amansız müharibələrə atılmasını, torpaq, əqidə, məslək uğrunda inanılmaz şücaətlərini tariximizə nəzər salsaq çox aydın görərik. Dünyanın üç qitəsində hökmranlıq edən Türklər tarix boyu ona qarşı gələnlərlə vuruşmuş və döyüşdüyü yerlərə öz bayrağını sancmağı bacarmışdır".

Natiq qeyd edib ki, türk-islam tarixinin şanlı salnaməsi olan Çanaqqala zəfəri öz tarixi gerçəkləri ilə bizləri erməni əsarəti altında olan Qarabağın erməni işğalından azad olunması uğrunda mübarizəyə səsləyir: "Türkün gücünə bələd olan ermənilər özləri də etiraf edirlər ki, Azərbaycan Ordusunun gündən-günə güclənməsi, ölkəmizin sürətlə inkişafı, möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü, alternativsiz siyasət nəticəsində regionun lider dövlətinə çevrilən respublikamızın işğal altında olan torpaqları tezliklə azad ediləcək. Çanaqqala zəfərinin ardından dünya Türkün bir daha qələbə zəfərini Qarabağdan, Şuşadan, Xankəndidən duyacaq. Bizlər bu şanlı tarixin astanasında dayanaraq möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu siyasəti nəticəsində tezliklə işğal altında olan torpaqlarımızda Azərbaycanın üçrəngli bayrağının dalğalandığı günü səbirsizliklə gözləyirik".

Tədbirdə Əhmədağa Ələkbərov, Vasif Cabbarov və başqaları çıxış edərək qeyd ediblər ki, qondarma "erməni soyqırımı" yalanları ilə dünyanı aldatmağa çalışan, daima əsassız torpaq iddiaları yeridən, bundan ötrü bir neçə yüz min günahsız türkün, azərbaycanlının vəhşicəsinə qətliamına səbəb olan, öz məkrli siyasətləri ilə özünütəcrid siyasəti yeridən ermənilər, Birinci Dünya müharibəsi dönəmində Osmanlı dövlətinin düşdüyü çətin durumdan istifadə edərək, türk millətinə qarşı görünməmiş soyqırımı siyasəti həyata keçirərək öz "dənizdən-dənizə böyük Ermənistan" xülyalarını həyata keçirməyə çalışırdılar. Lakin öz gücü, qüvvəti, vətənpərvərliyi ilə Avropanın işğalçı dövlətlərinin gözünü qorxudan türklər nəinki müharibədən qalib ayrıldı, həmçinin əhalisinə qarşı talançılıq, soyqırımı törədən erməni daşnaklarını yerində oturtmağı, onlara kimin kim olduğunu sübut etməyi bacardı.

Tədbirdə bildirilib ki, türk milləti tarixin bütün keşməkeşlərindən, sınaqlarından üzüağ çıxmağı bacarmış, daima dünyada sülh və əmin - amanlığın qoruyucu və tərəfdarı olmuşdur.

ZÜMRÜD

Digər xəbərlər